Ağstafada dəhşətli qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb. Kənddə fəaliyyət göstərən kafelərin birində düşən mübahisə zamanı 2 qardaş – Zeynalov Yaşar Əmirxan oğlu və 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Qardaşlardan biri – ürək nahiyəsindən bıçaq xəsarətləri alan Yaşar Zeynalov hadisə yerində dünyasını dəyişib. Müşfiq Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğludur. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün hüquqlar qorunur © 2024