Təqvim
Qayınata oğlu ilə əlbir olub gəlini zorla aborta aparmaq istədi +FOTO=6
06 sentyabr 2021 - 19:06

Azərbaycanda qayınata oğlu ilə əlbir olaraq, gəlini zorla aborta aparmaq istəyib.

 

Bununla bağlı Sonxeber.az-ın redaksiyasına şikayət daxil olub.

 

Belə ki, qeyri-qanuni ailə həyatı quran iki gənc arasında gərgin münasibətlər yaşanıb. Ağamalıyeva Mənsurə Mehman qızı bildirir ki, onların yoldaşıyla rəsmi nikahı olmayıb.

 

Şikayətçinin sözlərini olduğu kimi təqdim edirik:

 

"Tağıyev Talehlə 5 aydır ki, birlikdəyəm. 3 ay bundan əvvəl hamilə qaldım. Münasibətimizin ilk 4 ayı hər şey yaxşı idi, son 1 aydır ki, mübahisələrimiz başlayıb.

 

Talehin atası uşağı dünyaya gətirməyimi istəmirdi. Yoldaşım məni hamilə halımla maşından yerə atdı, müxtəlif xəsarətlər almışam. Hazırda onurğa sütunum zədəlidir. Bundan başqa, məni atası ilə birgə Yasamalda 3 saylı "Asan xidmət"in qarşısında taksidən məcburi düşürdüb aborta aparmaq istəyirdilər, boğazımdan tutub şantaj etmişdilər. Əllərindən qaçdım, məni xəstəxanaya apara bilmədilər.

 

Mən yetim böyümüşəm: nə atam var, nə anam. Yoldaşımın atası isə Gürcüstan vətəndaşıdır. Mənə "türmədə yatmışam, səni öldürərəm, istədiyimi edərəm" kimi sözlər deyir. Hətta məni təhqir də edib.

 

Bunun barəsində polisə də şikayət etmişik".

 

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, nömrə şəbəkə xaricində olduğu üçün əlaqə saxlaya bilmədik.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Delimitasiya üçün Bakı və İrəvana xəritələr verə bilərik - Rusiya XİN 22:18, 06 dekabr 2023
Azərbaycana qarşı qərəzli siyasətdən əl çəkin - İcmadan tələb 12:22, 06 dekabr 2023
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenidən Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib. 23:26, 05 dekabr 2023
ALLAH adamı-Gülağa Tənhanın təşəbbüsü ilə - EHTİYACI OLAN 100 ailəyə,100 azn23:11, 05 dekabr 2023
Qızılca xəstəliyinin yaratdığı FƏSADLAR 22:14, 05 dekabr 2023
“Qızılca virusu yalnız insanlarda xəstəlik törədir. Qızılcaya yoluxan şəxsı hava-damcı yolu ilə həssas insanları yoluxdurur”. 22:08, 05 dekabr 2023
Məktəblərdə mobil telefondan istifadə qadağan olundu 12:26, 05 dekabr 2023
Qızılcaya ən həssas qrup bu yaşa qədər olan uşaqlardır 21:59, 04 dekabr 2023
A vitamini çatmayan uşaqlarda qızılca daha ağır keçir 18:59, 04 dekabr 2023
GÜLAĞA TƏNHA: GƏLƏRSƏNMİ 12:31, 04 dekabr 2023
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə