Mersində otları alışdıraraq yanğına səbəb olan şübhəlilərdən 1-i həbs edilib. Bu barədə Mersin Baş prokurorluğu məlumat yayıb. Bildirilir ki, iyulun 31-də hadisəni törətməkdə şübhəli bilinən K.Ş. və B.K. adlı şəxslər polis tərəfindən saxlanılmışdı. İstintaq zamanı K.Ş.nın günahı sübuta yetirildiyindən o həbs edilib, B.K. məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Araşdırmalar davam etdirilir.
Bütün hüquqlar qorunur © 2025