Təqvim
Azərbaycanın Türkiyədəki yanğınlarda istifadə olunan amfibiya təyyarəsi haqqında MƏLUMATLAR
03 avqust 2021 - 13:44

Türkiyədə baş verən yanğınların söndürülməsində Azərbaycanın yansöndürmə və xilasetmə briqadaları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasına məxsus yanğınsöndürmə vasitələrindən istifadə olunur. Bu vasitələrdən ən əhəmiyyətlisi isə şübhəsiz, hal-hazırda da qardaş ölkədə yanğınların söndürülməsində aktiv istifadə olunan “BE-200” tipli amfibiya təyyarəsidir.
Təyyarənin qiyməti və xüsusiyyətləri haqqında bəzi məlumatları:
Rusiyanın “Beriev” şirkəti tərəfindən istehsal edilən “BE-200” yanğınsöndürmə, axtarış-xilasetmə, dəniz patrulu, yük və sərnişin daşınmasında istifadə üçün nəzərdə tutulub. Təyyarə 12 ton su və ya 72 sərnişin tutumuna malikdir.
“BE-200” suda sabitliyi təmin edə bilən xüsusi dizaynlı gövdəyə malikdir. Gövdə alüminium ərintidən hazırlanıb və korroziyadan qoruyan materialla örtülüb. Təyyarənin uzunluğu 31,43 , hündürlüyü 8,9, qanadlarının uzunluğu isə 32,78 metrdir.
Təyyarə əsasən irimiqyaslı yanğınların söndürülməsində istifadə olunur. Birbaşa su hövzəsi üzərinə enə bilən bu təyyarə 18-20 saniyə ərzində bortuna 12 ton, aerodrom şəraitində isə 15 dəqiqəyə 9 ton su götürərək 1 keçiddə geniş yanğın ərazisini əhatə edir.
“Beriev BE-200” amfibiya təyyarəsinin qiyməti, sifariş edilən xüsusiyyətlərə görə 45-70 milyon ABŞ dolları aralığında dəyişir.
Qeyd edək ki, sosial şəbəkələrdə Türkiyədə istifadə olunan Azərbaycana məxsus amfibiya təyyarəsinin dənizdən su götürməsini və yanğın gedən ərazilərə boşaltmasını əks etdirən kadrlar dayayılıb.
Fövqəladə Hallar Nazirliyi Türkiyəyə göndərilən texnikaların siyahısından bu təyyarəni göstərməsə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdaoğan Azərbaycanın dəstək məqsədilə belə bir təyyarə göndərəcəyini anons etmişdi.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, HUQUQ
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə