Gənclər və İdman Nazirliyi vizual annimatorlar arasında “Vizual dizayner” müsabiqəsini elan edir. Müsabiqədə iştirak etmək üçün vizual annimatiorlar vətənpərvərlik və “COVİD-19” pandemiyası ilə mübarizə mövzularında animasiyalar hazırlayıb, Gənclər və İdman Nazirliyinə elektron poçtla təqdim edirlər. Müsabiqənin tarixləri: 10 dekabr 2020 – 15 yanvar 2021-ci il 1-ci yer – 1.500 AZN QEYD: Mükafatlar hər 2 mövzu üzrə ayrı-ayrılıqda təqdim edilir. Yer tutmayan lakin, maraqlı olan annimasiyaların müəlliflərinə həvəsələndirici mükafatlar təqdim edilə bilər. Bu müsabiqə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.9.8 yarımbəndinin (Gənclərin bilik və bacarıqlarını inkişaf etdirən rəqəmsal məhsulların yaradılması) icrası məqsədilə təşkil edilir.
İştirak şərtləri:
• annimasiyalar 1 dəq. cox olmamalıdır;
• annimasiyalar yalnız Azərbaycan dilində olmalıdır;
• bir şəxs hər mövzu üzrə yalınız 1 annimasiya təqdim edə bilər;
• təqdim edilən annimasiyalar daha öncə heç bir yerdə yayımlanmamalıdır;
• anket vizualdizayner@gmail.com elektron ünvana göndərilməlidir. Anket formaya bu linkdən keçid edə bilərsiz: https://docs.google.com/forms/d/1jh8Ipqv6X43EhkjMJTHqFIfWh8GYaTAllTmbRDEwhn0/edit
Qaliblərin müəyyən edilməsi və mükaftlandırılması:
İlkin selleksiya aparıldıqdan sonra təqdim edilmiş annimasiyalar nazirliyin sosial şəbəkədəki səhifəsində paylaşılır. Daha cox bəyənmə və baxış toplayan annimasiyalar münsiflər heyətinə təqdim edilir. Münsiflər heyəti müstəqil ekspert və mütəxəssislərdən formalaşdırılır. Yekunda 3 qalib müəyyən edilir. Qaliblərə aşağıdakı mükafatlar təqdim edilir.
2-ci yer – 1.000 AZN
3-cü yer – 500 AZN
Bütün hüquqlar qorunur © 2024