Bakı Dövlət Universitetinin (BDU) Psixoloji Yardım Sektorunun (PYS) əməkdaşı Natavan Həsənzadə UNICEF-in təşkil etdiyi layihə çərçivəsində 44 günlük Vətən müharibəsi dövründə erməni terrorundan zərər çəkmiş və hazırda sığınacaqda olan uşaqlara ilkin psixolojı yardım göstərir. Dekabrın 1-dən başlayan layihənin birinci mərhələsində BDU-nun Psixoloji Yardım Sektorunun əməkdaşı Natavan Həsənzadə bir qrup psixoloq və sosial işçi qrupu ilə birgə qeyd edilən bölgələrdə uşaqlarla ilkin psixoloji yardım göstərmək məqsədilə konsultasiyalar keçirir. İlkin mərhələdə psixodiaqnostik metodların köməyi ilə korreksiyaedici proqram üzrə aparılacaq işlərin strategiya və taktikası müəyyən olunur; ailə üzvlərinin ümumi və psixoloji durumları təyin edilir, zərərçəkmiş insanlarla ilkin psixodiaqnostik iş aparılır, psixoloji dəstəyə ehtiyacı olan insanların qrupları müəyyənləşdirilərək iş planı qurulur. Terror nəticəsində travma alan uşaqların psixi inkişafında baş verə biləcək qüsurların qarşısını almaq məqsədilə psixoloji xidmətin əsas yönlərində - psixodiaqnostika, psixokorreksiya, psixoloji məsləhət və psixoprofilaktika istiqamətində konsultasiyalar keçirilir. Ermənilərin raket hücumlarından dərin sarsıntı keçirmiş, dəhşətli terrorun ağrı-acısını yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələrlə, uşaqlarla mütəmadi profilaktik söhbətlər aparılır, psixoloji yardımlar göstərilir.
Layihənin əsas məqsədi Gəncə, Bərdə, Ağcabədi və Goranboy rayonlarında müharibə dövründə zərərçəkmiş uşaqların post-tramvatik stress mərhələsindəki psixioloji sağlamlıqlarının bərpasına yardım etmək, onlara normal həyata adaptasiya olunmalarına dəstək olmaqdan ibarətdir. Layihənin növbəti mərhələsində yaş qruplarına əsasən qrup terapiyası, fərdi konsultasiyalar və psixoloji təlimlər həyata keçiriləcək.
UNİCEF ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi, ASAN Könüllüləri Gənclər Təşkilatı və Regional İnkişaf İctimai Birliyi (RİİB) birgə üç ekspress-təlim keçirib. Psixoloqlar və sosial işçilər üçün keçirilən təlimlərdə BDU-nun Psixoloji Yardım Sektorunun əməkdaşları Natavan Həsənzadə və Turqay Əlisalamzadə fəal iştirak edib.
Bütün hüquqlar qorunur © 2024