Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunmuş onlayn tədbirlər keçirilib. Keçirilən tədbirlərdə Jurnalistika, Filologiya, Tarix, Şərqşünaslıq, Riyaziyyat, Hüquq, Biologiya və Sosial elmlər və psixologiya fakültələrinin tələbələri iştirak edib. Çıxışlarda ölkəmizdə gənclər siyasətinə və könüllülük hərəkatına böyük önəm verildiyini bildirilib, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük fəaliyyətində bacarıqların üzə çıxarılması, dövlətimiz tərəfindən tələbələrə göstərilən diqqət və qayğı barəsində fikir mübadiləsi aparılıb. Natiqlər Vətən müharibəsindəki könüllü olaraq ordu sıralarına qatılan əsgərlərin göstərdiyi rəşadətdən danışıb, qazanılan böyük Qələbə münasibətilə təbrik çıxışları səsləndiriblər. Tələbələrə könüllülük hərəkatı, BDU-nun könüllülərinin Universitet və ölkənin ictimai həyatında, genişmiqyaslı sosial layihələrdə iştirakından və s.haqqında məlumat verilib. Sonda könüllülük haqqında tələbələri maraqlandıran suallar cavablandırılıb.
Bütün hüquqlar qorunur © 2024