Təqvim
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib
27 noyabr 2020 - 15:13

Azərbaycan Texniki Universitetinin (AzTU) 70 illik yubileyinə həsr olunmuş “Dördüncü sənaye inqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemləri və intellektual texnologiyalar” mövzusunda ikigünlük konfrans öz işinə başlayıb. Konfrans AzTU və  AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.


İştirakçıları salamlayan rektor Vilayət Vəliyev yubileylə bağlı təbriklərini çatdırıb. Rektob bildirib ki, araşdırmaların nəticəsinə görə, AzTU-nun əsası 1887-ci ilin noyabr ayının 10-da Bakı şəhər Duması tərəfindən Bakıda texniki məktəbin yaradılması ilə qoyulub. 1918-ci ildə verilən qərara əsasən məktəb Politexnikum adlanıb. 14 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun dekreti ilə Bakı Politexnik Məktəbinin bazasında Bakı Politexnik İnstitutu yaradılıb. Bakı Politexnik İnstitutu 1923-cü ildən Azərbaycan Neft İnstitutu, 1943-cü ilin noyabrından isə Azərbaycan Sənaye İnstitutu adlandırılıb.


Rektor bildirib ki, hazırkı AzTU 1950-ci ildə Azərbaycan Politexnik İnstitutu adı altında  yaradılıb və 1975-ci ildə onun bazası əsasında Azərbaycanda iki yeni texniki ali məktəb təsis edilib. Bunlar İnşaat və Memarlıq Universiteti  və  Gəncə Texnologiya İnstitutudur.


Vilayət Vəliyev deyib ki, Azərbaycan təhsilinin və elminin inkişafında AzTU-nun rolu böyükdür. AzTU texniki təhsilin, texniki sahədə aparılan elmi-tədqiqat işlərinin və innovativ proseslərin mərkəzində dayanan ali təhsil müəssisəsidir. Universitetin əsas məhsulları onun məzunlarıdır. AzTU məzunları həm keçmiş SSRİ dövründə, həm də bu gün ölkənin bütün sahələrində ən yüksək vəzifələrdə çalışırlar.


Universitetin hədəflərindən danışan rektor deyib ki, əsas məqsəd yaxın gələcəkdə AzTU-nu regionun ən aparıcı ali təhsil müəssisələrindən birinə çevirməkdir. Son dövrdə universitetdə davamlı islahatlar aparılır. İslahatların aparılmasında əsas məqsəd tədqiqat istiqamətlərini daha da təkmilləşdirmək, innovativ proseslərə qoşulmaq və beləliklə tədrisin keyfiyyətini artırmaq, ixtisaslı kadr hazırlığını təmin etməkdən ibarətdir. Bunun üçün hazırda AzTU-nun Türkiyə və Almaniya universitetləri ilə əlaqələri genişləndirilir. Vilayət Vəliyev bildirib ki, universitetin yubileyinə ən böyük hədiyyə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun torpaqlarımızı işğalçılardan azad etməsi və Şanlı Qələbəmizi qazanmağımız oldu. Bu münasibətlə təbriklərini çatdıran rektor AzTU-nun 200-dən çox tələbə və məzununun Vətən müharibəsində iştirak etdiyini xüsusi vurğulayıb. Daha sonra rektor konfransın işinə uğurlar arzulayıb.


AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev tarixi qələbə münasibətilə hər kəsi təbrik etdikdən sonra  AzTU-da son illər görülən işlərə diqqət çəkib. Bildirib ki, universitetin qarşısına qoyduğu hədəflər onu dünya səviyyəli ali təhsil müəssisəsinə çevirəcək. Dördüncü sənaye inqilabının texnoloji perspektivləri də bu sahədə AzTU-nun inkişafı üçün mühüm istiqamətləri özündə əks etdirir.


UNEC-in rektoru Ədalət Muradov yubiley münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, dördüncü sənaye inqilabında qarşıya qoyulan əsas vəzifə potensialın artırılmasıdır. Söhbət gənc kadr potensialının artırılmasından gedir. Ədalət Muradov deyib ki, kadr hazırlığında dördüncü yox, elə birinci inqilabı etmək lazımdır. Rektor universitetlərin hazırkı potensialının dördüncü sənaye inqilabının tələblərinə cavab verən mütəxəssislər hazırlamaq baxımından yetərli olmadığını qeyd edib. Pandemiya şəraitində distant təhsilin tətbiqi, xaricdən müəllimlərin onlayn formada təhsilə cəlb edilməsi asanlaşdırıldığı üçün bu imkandan yararlanıb tədrisin keyfiyyətini artırmaq mümkündür.


Belarus Dövlət Rabitə Akademiyasının (BDRA) rektoru Andrey Zeneviç belə bir konfransın məsafədən keçirilməsinə təəssüfləndiyini bildirib. O, ötən il AzTU ilə BDRA arasında əməkdaşlıq haqqında müqavilənin imzalanmasını xatırladıb. Qeyd edib ki, görülən bu işlər hər iki ölkənin təhsilinin inkişafı məqsədi ilə atılan addımlardır. Andrey Zeneviç bir daha  AzTU-nun yubileyi münasibətilə təbriklərini çatdırıb.


Daha sonra onlayn konfrans işini bölmə iclasları ilə davam etdirib.


Qeyd edək ki, konfransın bağlanış mərasimi noyabrın 27-də keçiriləcək.

  

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə