"Daliy Rekord" nəşri "Barselona"nın argentinalı hücumçusu Lionel Messi ilə bağlı məlumat yayıb. Nəşrin yaydığı məlumata görə, Messi artıq "Mançester Siti" (İngiltərə) klubunun da məxsus olduğu "Ctiy Footbal Group" holdinq ilə danışıqlar aparıb. İlkin məlumata görə tərəflər 700 milyon dəyərində olan 5 illik müqaviləyə razılaşıblar. Bu müqavilənin şərtlərinə əsasən Messi ilk üc ili "Mançester Siti"də, qalan 2 ili isə holdinqə məxsus olan başqa klubda - "Nyu-York Siti"də keçirəcək. Maraqlıdır ki, Messinin ödənişlərini klub deyil, holdinq özü ödəyəcək.
İNTİQAM Məmmədov
Bütün hüquqlar qorunur © 2024