Təqvim
Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunan monoqrafiya çapdan çıxıb
13 avqust 2020 - 17:12

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” adlı monoqrafiyası işıq üzü görüb.
Nəşr Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunub. Vəsaitin ilk səhifəsində “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı və həmin sənədə əsasən təsdiq olunmuş Tədbirlər Planı yer alıb.
Monoqrafiyada 1995-2019-cu illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafının ən mühüm cəhətləri tədqiq edilib, muxtar respublikanın dinamik və davamlı inkişafı, baş verən dəyişikliklər, qazanılan nailiyyətlər faktiki materiallar əsasında öyrənilib.
Əsərdə göstərilib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterinin və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanı qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətə çevirib.
Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikası da dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi istiqamətində, sosial-iqtisadi və mədəni inkişafında uğurlu fəaliyyət göstərib, yüksək nailiyyətlər qazanıb.
Nəşrdə muxtar respublikanın müstəqillik yollarında əldə etdiyi uğurlar, keçdiyi tarixi inkişaf yolu ayrı-ayrı başlıqda verilən tədqiqat materiallarında əhatəli şəkildə oxucuların diqqətinə çatdırılır.
Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsi 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TƏHSİL
Xalqımı təbrik edirəm !.. Gülağa Tənhanın xalqa müraciyyəti20:19, 01 oktyabr 2023
Bu gündən taksi fəaliyyəti üçün yeni dövlət rüsumları tətbiq olunur. 18:29, 01 oktyabr 2023
Qarabağın çiçəklənən dinc regiona çevrilməsini istəyirik 18:03, 01 oktyabr 2023
Hərbçilərimiz AKINCI kursunu başa vurdu 17:10, 01 oktyabr 2023
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə