Özbəkistanda iyul ayında ən çox satılan “Yeni əsr” nəşriyyatı kitablarının reytinqi açıqlandı. TOP-20-yə klassik türk yazıçısı Rəşad Nuri Güntəkinin “Yaşıl gecə” romanı başçılıq edir. Mənim “Sənə inanıram” romanım ikinci yerdədir. İlk 20-likdə habelə Erik Mariya Remarkın, Haruki Murakaminin, Elif Şafakın, Robin Şarmanın, Oskar Uayldın, Napoleon Hillin, Den Braunun, bir neçə özbək yazarının kitabları yer alıb.
Bütün hüquqlar qorunur © 2024