Təqvim
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
11 iyul 2020 - 16:15

“Nar” TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası zamanı müxtəlif sahələrdə vətəndaşlara xidmət etməyə davam edən insanları ictimaiyyətə tanıtmaq üçün “Günün Qəhrəmanları” müsabiqəsinə start verir. Müsabiqə pandemiya ilə mübarizə dövründə gündəlik işlərini icra edərkən həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək. Bu cür hekayələrin üzə çıxarılmasında məqsəd həm əhali arasında qəhrəmanları tanıtmaq, həm də sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır.


Müəlliflər yazılarının əsas qəhrəmanı olaraq, başda həkimlər olmaqla, online dərslərlə şagirdlərinə təhsil verməyə davam edən müəllimləri, polisləri, marketlərdə çalışan əməkdaşları, çatdırılma xidməti göstərənləri, müştəri xidmətlərinin nümayəndələrini, xüsusi rejimli xəstəxanalardan reportaj hazırlayan jurnalistləri, könüllü yardım qrupu yaradan insanları, ümumilikdə, pandemiya dövründə vətəndaşlara xüsusi əmək göstərən hər kəsi seçə bilərlər.


Müsabiqənin şərtləri:


1)  Müsabiqə həm jurnalistlər, həm də sosial media istifadəçiləri üçün açıqdır.
2)  Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır.
3)  Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər.
4)  Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla bilər.
5)  Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.
6)  Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər media@azerfon.az elektron ünvanına göndərməlidirlər.
7)  Sosial media istifadəçiləri də eynilə, hekayələrini media@azerfon.az elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər.  ( #GününQəhrəmanları #Nar #TƏBİB).


Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblərə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı təqdim olunacaq. Qeyd edək ki, müsabiqəyə qoşulmaq üçün son tarix 10 avqustdur. Əlavə suallar yarandığı təqdirdə, media@azerfon.az elektron ünvanına yaza bilərsiniz.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Statuslar
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə