Təqvim
Orqanik qida məhsulları
27 iyun 2020 - 13:01

Bu gün müasir dünyamızın əsas vəzifələrindən biri təbii ehtiyatlardan səmərəli və uzun müddət istifadə etmək, ətraf mühiti və torpağı çirklənmədən qorumaqla ekosistemdə harmoniyanı saxlamaq və ekoloji təmiz məhsul istehsal etməkdən ibarətdir. Lakin dünya əhalisinin sayını və artım tempini nəzərə alaraq, ərzaq məhsullarına artacaq tələbatın ödənilməsini ekoloji təmiz məhsul istehsalı ilə qarşılamaq mümkün deyil. Kənd təsərrüfatında sənayeləşmənin baş verməsi, aqrokimyəvi maddələrdən qeyri-rasional istifadə təhlükəsiz qida istehsalı ilə bağlı narahatlıqlar doğurur. Qida təhlükəsizliyi bugünkü cəmiyyətdə ərzaq təhlükəsizliyi və insan sağlamlığı baxımından ən vacib məsələlərdən biridir. Bu mövzuda aparılan tədqiqatların əksəriyyəti təhlükəsiz qida əldə etmək məsələlərinə yönəlmişdir. Orqanik əkinçilik təhlükəsiz qida əldə etməyin yollarından biridir.
Orqanik və ya ekoloji təmiz qida məhsulları tərkibində  zərərli maddələrin miqdarı adi məhsullara nisbətən dəfələrlə az olan qida məhsullarıdır. Orqanik qida məhsulları  yetişdirilməsində süni gübrələrin, həşərat dərmanlarının, hormonların, antibiotiklərin, boyaların, kimyəvi maddələrin və qablaşdırma vasitələrinin istifadə olunmadığı məhsullardır. Bu qidalar bitki və heyvan mənşəli olmaqla 2 qrupa bölünür.

Orqanik qida məhsulları istehsalında hormon və gübrələrdən az istifadə olunduğu üçün torpağın mineral baxımdan zəngin olması əsas şərtlərdən biri hesab edilir. Məhz buna görə orqanik qida məhsulları mineralı az olan və gübrəli torpaqlarda yetişən məhsullardan daha dadlı olur. Orqanik qida məhsullarının yetişdirildiyi əkin sahələri ətraf mühit üçün daha faydalı hesab olunur. Belə əkin sahələrində torpağın münbitliyi artır, eroziyası azalır, suya daha çox qənaət edilir, ətraf mühitin çirklənməsi azalır. Pestisiddən istifadə olunmayan əkin sahələri ətraf ərazilərdə yaşayan insanlar üçün, o cümlədən  quşlar və heyvanlar üçün daha təhlükəsiz hesab olunur.

Orqanik qida məhsulları ilə orqanik olmayan qida məhsulları arasındakı fərqi göstərən cədvəl:
 

Orqanik qida məhsulları Orqanik olmayan qida məhsulları
Təbii gübrələrlə yetişdirilir. Sintetik və ya kimyəvi gübrələrlə yetişdirilir.
Alaq otları əkin sahələrindən təbii şəkildə çıxdaş edilir. Alaq otları əkin sahələrindən kimyəvi herbisidlər vasitəsilə çıxdaş edilir.
Zərərvericilərə qarşı təbii üsullardan (quşlar, böcəklər, tələlər) və təbii mənşəli pestisidlərdən istifadə edilərək mübarizə aparılır. Zərərvericilərə qarşı  sintetik pestisidlərdən istifadə edilərək mübarizə aparılır.

 

Orqanik ət, süd, yumurta Orqanik olmayan ət, süd, yumurta
Heyvanlara orqanik yem verilir. Heyvanlara daha sürətli böyümək üçün süni zənginləşdirilmiş yem verilir.
Heyvan xəstəliklərinin qarşısını almaq üçün onların saxlandığı yerləri təmiz saxlamaq və sağlam bəslənməni təmin etmək kimi təbii üsullardan istifadə olunur. Heyvan xəstəliklərinin qarşısını almaq üçün antibiotiklər və dərmanlardan istifadə olunur.
Heyvanların açıq havaya çıxışı olmalıdır. Heyvanların açıq havaya çıxışının olması vacib deyil.

 

Orqanik qida məhsulları istehlakının faydaları



Antioksidant tərkibli olması

Orqanik qida məhsullarının tərkibində faydalı antioksidantların miqdarı çox, digər zərərli maddələrin miqdarı isə minimum səviyyədə olur. Bu məhsulların istehlakı zamanı orqanizmə daxil olan antioksidantlar ürək-damar xəstəliklərinin, görmə problemlərinin, erkən qocalmanın qarşısının alınmasında faydalı hesab olunur.



Ətraf mühitə təsiri

Orqanik qida məhsullarını yetişdirərkən əkin sahələrində hormon və gübrələrdən az istifadə edildiyi üçün torpağın mineral baxımdan zəngin qalmasını və ətraf mühit üçün daha faydalı olduğu hesab edilir. Bu səbəbdən orqanik məhsullar, həmçinin ekoloji təmiz məhsullar hesab edilir.

Orqanik bitki məhsullarının tərkibi quru maddələr və minerallarla (Fe, Mg) zəngindir. Həmçinin fenollar və salisilik turşusu kimi daha çox antioksidant mikroelementlər ehtiva edir. Orqanik olaraq yetişdirilən qidalarda pestisid qalıqları demək olar ki, rast gəlinməmişdir (94-100 % pestisidsiz). Tərəvəzlərdə nitratların miqdarı ənənəvi becərmələrlə müqayisədə təxminən 50 % azdır. Orqanik dənli, taxıl bitkilərində mikrotoksinlərin miqdarı ənənəvi ilə müqayisədə eyni miqdarda olduğu müşahidə edilmişdir. Orqanik yetişdirilmiş bəzi meyvə-tərəvəzlərdə (çiyələk, şaftalı, armud, kartof, pomidor və brokkoli) C vitamininin miqdarının orqanik olmayanlarla müqayisədə daha yüksək olduğu müşahidə edilmişdir.

Orqanik yetişdirilən inəklərdən əldə edilən ətlərdə daha çox doymamış yağ turşularına malik olduğu müşahidə edilmişdir. Hollandiya, İngiltərə, Danimarka və ABŞ-da südlə bağlı aparılan tədqiqatlar, orqanik olaraq yetişdirilən heyvanların südündə  ənənəvi sistemlərdən alınan südlə müqayisədə linoleik turşusu (CLA) və Omeqa 3-ün  daha yüksək olduğunu göstərir.

Orqanik qida məhsullarının satışını həyata keçirmək üçün dünyada və ölkəmizdə marketlər şəbəkəsi fəaliyyət göstərir. Orqanik məhsulları, ənənəvi və sənayeləşdirilmə üsulu ilə yetişdirilmiş və ya emal edilmiş qida məhsullarından fərqləndirmək üçün üzərinə “orqanik” etiketi vurulur.

Bütün bunları nəzərə alaraq, orqanik məhsulların C vitamini, fenolik birləşmələr, mineral maddələrlə və antioksidant ilə zəngin olması səbəbindən insanların sağlam qidalanması baxımından daha xeyirli olduğunu söyləyə bilərik.

 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə nəzarət şöbəsinin
Keyfiyyətin qiymətləndirilməsi sektorunun
 mütəxəssisi Kamran Şərifli

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə