Nüşabə acınacaqlı vəziyyətə düşən Nurlanı qınadı: “Toy müğənnilərini bəyənmir, bizdən yardım istəyir” Əməkdar artist Nüşabə Ələsgərli “ATV” telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramına zəng vuraraq, acınacaqlı vəziyyətdə yaşayan müğənni Nurlan Əzizbəyliyə irad bildirib.
Müğənni həmkarının “Başqa toy müğənniləri kimi məclislərə on minə getməmişəm” fikrinə etiraz edib:
“Bu gün bizim məqsədimiz Nurlan Əzizbəyliyə kömək etməkdir. Ona kömək etmək istəyənlər də pullarını haradan qazanırlar? Toy məclislərindən, el şənliklərindən... Onlar halal zəhməti ilə pul qazananlardır.
El məclisinə getmişəm, əziyyət çəkmişəm, tər tökmüşəm, pul qazanmışam. Nurlan Əzizbəyliyə kömək etmək istəyirdim. Efirdə toy müğənnilərini bəyənmədiyini deməsindən sonra ona niyə pul verim ki?
Nurlana ilk növbədə kömək etmək istəyənlər kimlərdir? Onun ətrafı və sənət dostları... Hər janrda ifa edən ola bilər. Elə danışmaq olmaz. Sənə kömək etmək istəyən insanları ürkütmə, qaçmasınlar”.
Qeyd edək ki, müğənni Nurlan Əzizbəyli maddi baxımdan sıxıntılar yaşadığı və ona məxsus həyət evinin yararsız vəziyyətə düşdüyü üçün “Bizimləsən” proqramına müraciət edərək, kömək istəyib.
Bütün hüquqlar qorunur © 2024