Təqvim
Siqaretin mutasiya və xərçənglə əlaqəsi sübut edildi
13 may 2020 - 12:34

 İngiltərənin York Universitetinin tədqiqatçıları siqaretin yaratdığı toksinlərin DNT-yə necə ziyan vurduğunu açıqlayıb.
Elmi araşdırmanın nəticələri "Medical Xpress” saytında yayımlanıb. Araşdırma məsanə (böyrəkdən süzülən sidiyin yığıldığı və xaricə atıldığı, adalələrdən ibarət içi boş orqan) xərçənginin səbəbini və xəstəliyin siqaretlə əlaqəsini aşkar etməyə kömək edəcək.
Elm adamları laboratoriyada məsanə toxumasını böyüdüb və siqaret tüstüsü komponentlərinə məruz qoyub. Bundan sonra mütəxəssislər təcrübə zamanı ortaya çıxan unikal mutasiyaları tapmaq üçün hüceyrələrin DNT-sini təhlil edib. Siqaretin genetik materiala ziyan vurduğu ortaya çıxıb, ancaq məsanə xərçəngi toxumalarında mutasiyaların yalnız kiçik bir hissəsi müvafiq toksinlər səbəbindən meydana gəlib.
Beləliklə, siqaret məsanə xərçəngi üçün əsas risk faktoru olsa da, tüstü toksinləri tərəfindən DNT-nin birbaşa zədələnməsi bu tip bədxassəli şişlərin yaranmasının əsas səbəbi ola bilməz. Zərərli maddələr genlərə zərər verən və APOBEC fermentlər ailəsini cəlb edən digər mexanizmləri işə sala bilər. Bu fermentlər viruslarda mutasiyaya səbəb olur və bədənin təbii müdafiəsinin bir hissəsidir, lakin bəzən sağlam hüceyrələrin DNT-sinə zərər verərək xərçəng yaradır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT, TƏHSİL, RAYON + ŞƏHƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə