Təqvim
Özbəkistanda “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” rəsm müsabiqəsi elan olundu.
07 may 2020 - 12:10

Cari ilin fevral ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsinə start verilib.

Sözügedən layihə çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsini elan edib.

Müsabiqə Azərbaycan Respublikasının İsmayıllı regional Mədəniyyət İdarəsi və Xətai Sənət Mərkəzi ilə birlikdə keçirilir.

“Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinin əsas məqsədi Özbəkistan və Azərbaycanın rəssamlıq istedadına malik olan yeniyetmə və gənc rəssamların evdə qaldıqları müddətdə səmərəli vaxt keçirərək gözəl sənət əsərləri yaratmalarına sövq etmək, onların fəaliyyətini stimullaşdırmaq, Azərbaycan, türk mədəniyyətini təbliğ etmək, dostluq və qardaşlıq bağlarının daha da dərinləşdirməkdir.

Müsabiqədə ən çox duyğu və düşüncələrlə işlənmiş, ideya və mənaya malik, habelə Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, bölgənin özəlliyi və tarixinin daha geniş əks etdirilən rəsm əsərlərinə üstünlük veriləcəkdir. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə xüsusi önəm veriləcəkdir.

Rəsm müsabiqəsində Özbəkistan və Azərbaycanın yeniyetmə və gənc rəssamları (14 yaşdan yuxarı) iştirak edə bilərlər.

Təqdim olunan rəsm əsərlərinə xüsusi Münsiflər heyəti qiymət verəcəkdir ki, buraya Azərbaycan və Özbəkistanın tanınmış rəssamları daxil edilib.

Müsabiqəyə 2020-ci il aprel ayının 24-dən start veriləcək, müsabiqə əsasən 14-30 yaş kateqoriyası üzrə keçiriləcəkdir.

Cari il 15 iyun tarixində yekun vurulacaq müsabiqəyə rəsmlərin fotoları, habelə əsəri çəkən rəssamın şəxsiyyətini təsdiq edən sənəd – pasportunun surəti və özü haqqında məlumat (əlaqə nömrələri, email) Daşkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna göndərilməlidir (culcenter.az@gmail.com).

Rəsm əsərlərinin orginalı isə Özbəkistan tərəfdən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (Daşkənd şəhəri Mirabad rayonu, Heydər Əliyev küçəsi 9, +998 71 293 50 92, 293) ünvanına, Azərbaycan tərəfdən isə Bakı şəhərindəki Xətai Sənət Mərkəzinə (Bakı şəhəri, Xocalı küçəsi 62, AZ1025, (+994) 12 490 84 51/52/53) göndərilməsi zəruridir.

Hər iki ölkədən 5 ən yaxşı iş seçiləcək və qaliblərə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan Respublikasının İsmayıllı regional Mədəniyyət İdarəsinin pul mükafatları, habelə Fəxri diplomları təqdim olunacaqdır.

Müsabiqə üçün göndərilən bütün rəsm əsərlərinin Azərbaycan və Özbəkistanda sərgi salonlarında təqdimatı keçiriləcək, habelə sözügedən əsərlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə müxtəlif ali məktəblərdə, mədəniyyət müəssisələrində yaradılmış Azərbaycan ocaqlarına daimi olaraq hədiyyə ediləcəkdir.

Bundan başqa müsabiqəyə təqdim olunmuş rəsm əsərləri və onlar haqqında məlumat, fotoşəkil Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin saytında və Vikipediya Elektron ensiklopediyasında yaradılacaq səhifədə yerləşdiriləcəkdir.

Müsabiqənin digər şərtləri haqqında əlavə məlumat Azərbaycan Mədəniyyət Mərkəzinin saytında (http://azculture.uz/musabiqeler.php?link=musabiqeler) veriləcəkdir. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT, MUSİQİ, QHT
Rusiyaya sülh yox, hücum üçün vaxt lazımdır - ZELENSKİ 23:02, 18 may 2023
Gülağa Tənha:  TƏBİƏT MƏNİ BAĞIŞLASAYDI23:15, 16 may 2023
VİDEO: İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış şəxslər saxlanılıb14:00, 16 may 2023
Masallıda 51 min əhalinin istifadə etdiyi yolun əsaslı təmiri davam edir 01:29, 15 may 2023
Gülağa Tənha: YOLUMUZ UZAQDI21:26, 14 may 2023
Şuşada ilk dəfə süni intellekt sənətçisi çıxış edib - VİDEO16:23, 14 may 2023
Brüsseldə üçtərəfli görüş BAŞLADI 16:19, 14 may 2023
ƏRKİVANIM FACEBOOK-qrup01:36, 14 may 2023
Ermənistanın PUA məntəqəsinin məhv edilməsinin yeni görüntüləri - VİDEO23:37, 13 may 2023
Gülağa Tənha: TƏCNİS21:58, 13 may 2023
Hərbi attaşelərə erməni təxribatı barədə məlumat verildi - VİDEO 20:57, 13 may 2023
Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan hərbçimiz Məhəmməd Qarayev dəfn olunub. 14:52, 13 may 2023
Ermənistan zərbə PUA-larından istifadə edir - Növbəti təxribat18:37, 12 may 2023
Pakistanın sabiq baş naziri İmran Xan azadlığa çıxıb. 18:26, 12 may 2023
Azərbaycan Ordusu Basarkeçər rayonunun Zod istiqamətində Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah maşınını (KŞM) məhv edib. 17:32, 12 may 2023
Düşmənə zərbələr davam edir 15:24, 12 may 2023
ABŞ-da azərbaycanlılara hücum edən erməniyə hökm oxunub  19:07, 11 may 2023
Hacı Şahinin qızı “Məşədi Dadaş”ı tərk etdi: Yetimlər yurdsuz qaldı18:46, 11 may 2023
Sahibkarlara VACİB XƏBƏR: Yoxlamalarla bağlı mühüm DƏYİŞİKLİK18:42, 11 may 2023
Xəzər rayonun zibilliklərə qərq olmuş gözdən uzaq guşələri - ARAŞDIRMA20:37, 09 may 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə