Təqvim
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının "QODONUN İNTİZARINDA" tamaşası - canlı
02 may 2020 - 18:10

Bu gün saat 18:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının "Facebook" səhifəsində canlı yayımda tamaşamız nümayiş olunacaq.

Çox güman ki, əksəriyyətiniz bu tamaşaya baxmağa ya hövsələniz çatmayacaq, ya da ki, tam əksinə, çox böyük zövq alacaqsınız. Bir şeyə tam əminəm ki, əsəri oxuyanlar üçün onun səhnə variantı həmişə maraq doğurur.

“Qodonun intizarında” - absurd teatrın yaradıcılarından olan Fransız əsilli İrland yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1969) Samuel Bekketin dünyaca məşhur əsəridir.

Görkəmli bəstəkar, Xalq artistimiz Fərəc Qarayevin librettosu əsasında Akademik Musiqili Teatrında hazırlanan bu tamaşa nəyinki ölkəmizdə, onun hüdudlarından çox- çox uzaqlarda da onu seyr edənlərdə böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.

Bunu xüsusi vurğulayım ki, "Qodonun intizarında" bir çox nüfuzlu teatr arenalarını bəzəsə də, musiqili teatrlarda heç vaxt oynanılmayıb.

“Qodonun intizarında” fərqli tamaşadır və bu baxımdan da fəlsəfi duyumu, yüksək intellekti, həyata baxışı fərqli olanlar, reallıqla abstrak dünya arasında sıx əlaqəni, məna çalarlarını tapmağa çalışanlar bu absurd janrda olan tamaşanı bəyənə bilirlər.

Səhnə əsərinin quruluşçu rejissoru, əslən İran Respublikasından olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipur, bədii rəhbəri teatrımızın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. (Əsəri Əməkdar artist Şövqi Hüseynov tərcümə edib.)

Əsərdə Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on altı yaşlı aktyoru Hüseyn Nağıyev ifa ediblər.

Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatçısı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Akademik Musiqili Teatr bu tamaşa ilə Albaniyanın Elbasan şəhərində keçirilən XXI ənənəvi “Skampa - 2019” Beynəlxalq Müasir Teatr Festivalında uğurla çıxış edib. Elbasan şəhərindəki festivala dünyanın müxtəlif ölkələrindən gələn teatr və incəsənət xadimləri “Qodonunu intizarında” tamaşasını çox yüksək səviyyədə qarşılayıblar, bu barədə xoş sözlər, fikirlər, rəylər söyləyiblər. Türkiyənin tanınmış sənət adamı Tamer Levend də 21-ci “Skampa” festivalında "Qodonun intizarında" haqqında dolğun fikirlər səsləndirib. Eyni zamanda festivalda iştirak edən Amerikada yaşayan rejissor, aktyor, Karlos Espinal da bizim teatrın quruluşunda olan bu tamaşadan zövq aldığını elə teatrımızın rəsmi "İnstagram" səhifəsindəki şərhində də vurğulayıb və kollektivə minnətdarlığını bildirib.

Əlbəttə, bu bizim teatrın uğurudur və bizi çox sevindirir.

Bu tamaşa İran İslam Respublikasının Təbriz şəhərində II Alef Beynəlxalq Teatr Festivalına da dəvət almışdı, həmçinin festivalın bağlanış mərasimində dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin müşayiəti ilə teatrın simfonik orkestri geniş konsert proqramı ilə çıxış edəcək idi. Lakin müəyyən səbəblərdən teatrımız qonşu ölkəyə (50 nəfərlik heyəti ilə) planlaşdırılan səfərini təxirə saldı.

https://www.facebook.com/akademikmusteatr/

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RƏSSAMLIQ
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə