Təqvim
Şəbnəm Tovuzlu Xəzər TV-də qadağasından danışdı
15 mart 2020 - 13:32

Xalq artisti Murad Dadaşov yeni rəhbər təyin olunduğu Xəzər TV-nin daimi qonaqları olan populyar müğənnilər Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla, Pərviz Bülbülə, Türkan Vəlizadə və Vasif Əzimov kimi müğənnilərin efirə çıxmasına qadağa qoyub.
Medianews.az xəbər verir ki, Tovuzlu Xəzər TV-nin qara siyahısına düşmə xəbərinə münasibət bildirib.
İfaçı açıqlamasında bu sözləri deyib: “Bu yazılan şayiələrə inanmayın, çünki mənim Xəzər TV ilə heç bir problemim yoxdur, ola da bilməz. Əgər Murad bəy belə bir qərar verərsə, canı sağ olsun. Ona böyük hörmətim var”.
Qeyd edək ki, Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib. Xalq artisti ictimaiyyət arasında bayağı adlandırılan müğənniləri tez-tez iki proqramında ( “5-də 5” və “Ay zaur”) qonaq edən aparıcı Zaur Kamala xəbərdarlıq edib. M. Dadaşov aparıcıya verilişlərin keyfiyyətinin artırılmağı barədə göstəriş verib. Bununla bağlı “5-də 5” proqramı hazırladığı həftəlik planda dəyişiklik edərək ifaları ilə müzakirələrə səbəb olan ulduzları siyahıdan çıxarıb. Hətta Zaur “5-də 5”in dünənki buraxılışında Dadaşovun sözügedən tapşırığı barədə danışıb: “Murad bəy bu vəzifəyə təyin olunandan sonra mənə söylədi ki, Azərbaycan musiqilərinə, milli adət-ənənələrimizə hər zaman diqqət yetirin. Verilişə çağıracağınız qonaqları da ona uyğun seçin”. 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə