Təqvim
Sumqayıt Dövlət Dram Teatrında bu həftəsonu yeni tamaşanın premyerası baş tutacaq...
09 mart 2020 - 15:41

Ölkə başçımız yola saldığımız 2019-cu ildə böyük demokrat, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin 150 illiyinin keçirilməsi barədə müvafiq Sərəncam imzalamışdır. Sözügedən Sərəncama uyğun olaraq ölkəmizin bütün dövlət teatrlarında və mədəniyyət müəssisələrində görkəmli ədibin əsərlərinə müraciət edilmiş və ədibin preslərinə yeni quruluşlar verilmişdir.
Sumqayıt Dövlət Dram Teatrı da öz növbəsində ədibin yubileyinə töhvə olaraq ötən ay Mirzə Cəlil yaradıcılığına müraciət edərək görkəmli dramaturqun “Danabaş kəndinin əhvalatları” povesti əsasında eyniadlı iki hissəli tamaşa hazırlamışdır. Yeni səhnə əsəri mart ayının ilk həftəsonu teatrsevərlərin ixtiyarına veriləcəkdir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamları Elşən Sərxanoğlu və Şahin Hüseynlidir.
Tamaşa XIX əsrin sonlarındakı Azərbaycan kəndinin feodal-patrialxal mühitini, zülm və özbaşınalığı, xürafatı bütün dolğunluğu ilə əks etdirir. Rollarda Əməkdar artistlər İlahə Səfərova , Mövsüm Hüseynov, aktyorlar - Habil Xanlarov, Dağlar Rüstəmov, Vəfa Qurbanova, Sevda Hüseynli, Kamran Muradlı, Elay Xasıyev, Akif Mirzəyev, Yalçın Səlimov, Cavanşir Eyyubzadə, İlham Səfərli, Şəms Abdullayeva, Ceyhun Məhərrəmov, Siyavuş Mahmudov, Elmir Mehdiyev, Aynur Hümmətova, Vaqif Səmədzadə, İlqar İbrahimov, Rövşən Əsgərov, Orxan Firudinov, Mətləb Səfərli, Zaur Şirinov və Siyavuş Mahmudov çıxış edirlər. Premyera 7 mart saat 18:00-da nümayiş etdiriləcək.
Biletləri teatrın kassasından əldə edə bilərsiniz.
Əlaqə nömrələri: 018 655 91 21

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RƏSSAMLIQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə