Təqvim
Tutu yeyin doyunca...
22 iyun 2019 - 21:49

Azərbaycanın hansı kəndində, şəhərində böyüməyimizdən asılı olmayaraq, budaqlarını əyib, yaxud silkələyib şirin meyvələrini ləzzətlə yediyimiz tut ağacı ilə bağlı bəlkə də hər birimizin uşaqlıq xatirələri var.

Tut ağacı Gəncədə, Şəkidə, Naxçıvanda, Abşeron bağlarında, həm aran, həm dağ bölgələrində, bir sözlə, demək olar ki, yurdumuzun başqan-başa hər yerində bitir. Sadəcə olaraq, ayrı-ayrı məkanlarda ağaclar növünə - böyüklüyünə-kiçikliyinə, meyvələrinin rənginə, iriliyinə-xırdalığına, dadına görə bir-birindən fərqlənir. Bu ağacların barı ağ tut, qara tut, xar tut və s. kimi tanınır. Başqa sözlə, vətəni Çin və Yaponiya olsa da, tut ağacı Azərbaycan torpağında dərin kök atıb və qədim zamanlardan becərilir.

Tutu dərdlər dərmanı, yaralar məlhəmi adlandırırlar. Bu meyvədən həqiqətən də qanazlığında, maddələr mübadiləsinin bərpasında, öd yolları xəstəliyində, piylənmənin nizamlanmasında və digər xəstəliklərdə müalicə vasitəsi kimi istifadə olunur. Xalq təbabətində tuta geniş yer verilir. Onun yarpaqlarının dəmləmələri diş ağrısında ağrıkəsici, soyuqdəymədə hərarətsalıcı kimi işlədilir.

Tut nadir ağacdır ki, onun təkcə meyvəsi deyil, yarpağı, budağı, oduncağı da çox qiymətlidir. Məsələn, ipəkqurdu yalnız tut yarpağı ilə qidalanır. Tutun qurumuş budaqlarının təndirdə və manqalda əvəzi yoxdur. Tut ağacından bir sıra məişət əşyaları - ət döymək üçün toxmaq, təhnə, xəlbir və ələyin sağanağı və s. hazırlanır.

Tutun meyvəsi adətən təzə halda yeyilir. Bununla belə, tutdan mürəbbə bişirir, meyvələrini qurudub qışa tədarük edirlər. Doşabı isə bir çox dərdlərin dərmanıdır.

"Doşab almışdıq, bal çıxdı”, "Tut yemədim doyunca” və folklorumuzda tutla bağlı digər deyimlərin təkcə məcazi deyil, həm də birbaşa mənası var. Yəni yaxşı doşabın dəyəri heç də baldan əskik deyil. Yaxud tutu doyunca yeməmək yalnız təəssüf doğuran haldır, çünki onun faydası çoxdur. Ona görə də tutu sevin, doyunca yeyin.

 

"Azərbaycan”

Foto Fərman BAĞIROVUNDUR

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə