Canveten.az xəbər verir ki, Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 17 yanvar 2019-cu il tarixli 1/5 №-li qərarı ilə təsdiq edilmiş tədbirlər planına əsasən AMEA-nın Polimer Materialları İnstitutunun alimlərinin Sumqayıt şəhər Təhsil şöbəsi ilə birgə orta məktəblərdə “Elm günü” ilə əlaqədar şagirdlərlə görüşləri keçirilib. “Elm günü”nə həsr olunmuş görüşlər Sumqayıt şəhər N.Tusi adına 12 №-li və Fəxrəddin Piriyev adına 18 №-li tam orta məktəblərində təşkil olunub. Görüşlərdə giriş sözü ilə çıxış edən institutun elmi işlər üzrə direktor müavini k.ü.e.d. Kazım Quliyev iştirakçılara ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı və bu gün münasibəti ilə keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verib. Sonra institutun Elmi katibi k.ü.f.d., dosent Solmaz Rzayeva Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixi və Sumqayıt regionunda fəaliyyət göstərən AMEA-nın Polimer Materialları İnstitutu haqqında ətraflı məlumat verib. O, çıxışında XIX əsrin dahi kimyaçılarından biri olan görkəmli rus alimi Dmitri Mendeleyevin kimyəvi elementlərin dövri qanunu və dövri cədvəlinin kəşfindən danışıb. Ensiklopedik biliyə malik olan alimin həyatı, elmi fəaliyyəti və çoxşaxəli yaradıcılığından bəhs edən Solmaz Rzayeva qeyd edib ki, 1984-cü ildə Dmitri Mendeleyev YUNESKO tərəfindən bütün dövrlərin və xalqların ən böyük alimi elan olunub. Hər iki tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb. “Elm günü” çərçivəsində təşkil olunan görüşlərin məqsədi məktəblilərdə elmə marağın artırılması, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025