Canveten.az xəbər verir ki, 04-09 mart 2019-cu il tarixlərində Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov AzTU və Almaniyanın Rostok Universiteti arasındakı ikitərəfli müqavilə və “Metallurgiya və metalşünaslıq” kafedrası tərəfindən yerinə yetirilən elmi layihə çərçivəsində Almaniyada işgüzar səfərdə olub. Səfər müddətindəprorektor Sübhan Namazov Rostock Universitetinin Fraunhofer İnstitutunda olub və institutunun rəhbəri, professor Vilko Flüqqeilə görüşərək ikili diplomların verilməsi, gələcəkdə birgə magistr və doktorant hazırlığı ilə bağlı ilkin razılıq əldə edib. Professor Sübhan Namazov institutun laboratoriya bazası ilə yaxından tanış olub, gələcəkdə birgə yerinə yetiriləcək layihələr barədə müzakirələr aparıb. Növbəti görüş Rostock Universitetinin “Maşınqayırma və gəmi texnikası” fakültəsinin dekanı,professor Hermann Seitz ilə keçirilib. Görüşdə “Texniki termodinamika” kafedrasın müdiri, AzTU-nun fəxri doktoru, professor Hassel və kafedranın dosenti həmyerlimiz Cavid Səfərov iştirak edib. Görüşdə birgə kadr hazırlığı, müxtəlif ixtisaslar üzrə ikili diplomların verilməsi, beynəlxalq layihələrdə birgə iştirak kimi məsələlərdə razılıq əldə olunub. AzTU-nun məzunu, bu kafedranın dosenti Cavid Səfərovun təşəbbüsü iləprofessor Sübhan Namazov Rostock Universitetinin “Texniki termodinamika” kafedrasında AzTU və yerinə yetirilən layihələr haqqında təqdimatla çıxış edib. Professor Sübhan Namazov Rostock Universitetinin Beynəlxalq əlaqələr və ERASMUS+ofisinin rəhbəri Michael Paulusla da görüşüb, beynəlxalq mübadilə, ikili diplom layihələrində iştirak etmək üçün mövcud mexanizmlər müzakirə edilib. Daha sonra professor Sübhan Namazov vaxtilə 2001-2002-ci illərdə çalışdığı Axen Texniki Universitetinə səfər edib. Universitetin “Qara metalların metallurgiyası” və “Materiallar texnologiyası” İnstitutlarında keçirilən görüşlərdə birgə rəhbərlik etməklə doktrant və magistr hazırlığı, həmçinin müxtəlif təhsil layihələrində birgə iştirakla bağlı razılıq əldə olunub. “Qara metalların metallurgiyası” institunun rəhbəri professor Dieter Senk belə təşəbbüssləri dəstəkləyəcəyini bildirib. Görüşlər zamanı ikili diplom layihələrinin yerinə yetirilməsi də müzakirə olunub və bununla bağlı təklifi müsbət qarşılalanıb. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025