Təqvim
Molekulyar Biologiya və Biotexnologiyalar institutunda “8 Mart – Beynəlxalq qadınlar günü” münasibətilə tədbir keçirilmişdir (+FOTOLAR)
09 mart 2019 - 22:49

Canveten.az xəbər verir ki,  Bu gün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan akademiyanın vitse-prezidenti İradə Hüseynova institutun fəaliyyətində qadın əməkdaşların böyük rola malik olduğunu vurğulayaraq, digər sahələrdə olduğu kimi biologiya elmində də xanımların qazandıqları uğurları xüsusilə qeyd etmişdir. İradə xanım çıxışında dövlətçilik tariximizdə ilk diplomat xanım Sara xatın, Şərqdə ilk opera yazan qadın Şəfiqə Axundovanın olduğunu bildirərək, Azərbaycan xanımının həm elmdə, həm də mədəniyyət və siyasətdə müstəsna rola malik olduğunu vurğulamışdır. Akademik Şərqdə ilk dəfə Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsinin Azərbaycan qadınının mədəni səviyyəsinin və intelektual potensialının aydın təzahürü olduğunu bildirmişdir. Tədbirdə institutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev YAP-ın Səbail rayon təşkilatı adından akademik İradə Hüseynovaya fəxri fərman təqdim edərək, təşkilatın sədri Şəmsəddin Hacıyevin adından təbriklərini bildirmişdir. AMEA-nın müxbir üzvü İbrahim Əzizov, institutun elmi işlər üzrə direktor müavini b.ü.f.d.Ələmdar Məmmədov, institutun həmkarlar ittifaqının sədri b.ü.e.d. Həsən Babayev, institutun beynəlxalq laboratoriyalarından biri-“Bionanotexnologiya” laboratoriyasının müdiri b.e.d. Süleyman Allahverdiyev və başqaları çıxış edərək öz səmimi arzularını xanımlara çatdırmışlar. Tədbirdə institutun qadın əməkdaşlarına hədiyyələr təqdim olunmuşdur. Daha sonra tədbir şənliklə davam etmişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə