Təqvim
ADMİU-nun kafedra müdiri, Xalq rəssamı, professor Arif Əzizin “Bəyaz körpü” fərdi sərgisinin açılışı olub (+FOTOLAR)
07 mart 2019 - 23:29

 Canveten.az xəbər verir ki, martın 6-da İstanblun Üsküdar Bələdiyyəsinin təşkilati dəstəyi ilə NEVMEKAN SAHİL salonunda ADMİU-nun Dizayn və Dekorativ sənət kafedrasının müdiri, Xalq rəssamı,professor Arif Əzizin “Bəyaz körpü” fərdi sərgisinin açılışı olub. Tədbirin birinci hissəsi günün birinci yarısında baş tutub. 8 mart Ümümdünya Qadınlar günü ilə bağlı Üsküdarda keçirilən III-cü“İz burakan kadınlar zirvəsi” tədbirində Arif Əzizin “Bəyaz” adlı əsəri Türkiyənin “Yaşılay” cəmiyyətinin və “İslam İşbirliyi Təşkilatı”nın prezidenti Esra Erdoğan Albayraka təqdim olunub.Esra Albayrak Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsində incəsənətin xüsusi rolunu qeyd edib. Daha sonra Arif Əziz və ADMİU-nun Rəssamliq fakültəsinin dekanı Sevil Kərimova NEVMEKANDA yerləşən “Xanım Soltanların Muzeyi”nin açılışında iştrak ediblər. Muzeyin ekspozisiyasında Osmanlı dövrünün 100-ə yaxın qadın geyimlərindən ibarət gəlincik kolleksiyası tamaşaçılara təqdim olunub.

Arif Əzizin 133 əsərindən ibarət sərginin açılışındaİstanbul Universitetlərinin müəllim-professor heyətli,diplomatik nümayəndələr, rəssamın ailəsi, Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov, muzey, sənət evləri vəqalereyaların nümayəndələri, eləcə də sənətseverlər və geniş ictimaiyyət iştirak edib. Tədbirin əvvəlində İstanbulun Mərmərə Universitetinin müəllimi, soydaşımız Aytac Rzaquliyevanın rəhbərlik etdiyi Trio-Miraculum qrupunun kiçik konserti keçirilib.Konsertdəİlyas Mirzəyevin, Oğuzhan Balcının, Endrü Uebberin əsərləri, Azərbaycan və türk xalq melodiyaları səsləndirilib. Daha sonra Üsküdar Bələdiyyəsinin Başçısı Hilmi Türkmenvə Arif Əziz çıxış ediblər. Xalq rəssamı Arif Əzizin Azərbaycan-Türkiyə mədəni münasibətlərinin inkişafında əhəmiyyətli fəaliyyəti qeyd olunub vəona İstanbul Bələdiyyəsi tərəfindən “Təşəkkürnamə” təqdim olunub.Sərgi salonunun iki mərtəbəsini əhatə edən ekspozisiyanın konsepti Arif Əzizin yaradıcılıq yolununun fərqli məqamlarını, onların bədii spesifikasını, rəssamın fərdi manerasını izləyicilərə ardıcıl tərzdə açıqlamaqdır.Rəssamın 1970-cı illərdən başlayaraq bu günədək qrafika, rəngkarlıq, dizayn, teatr dekorasiyası sahələrində yaratdığı əsərlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sərginin kuratorları Meycem Ezengin və Ahmet Taner Özer sərgi haqqında danışarkən qeyd ediblər: “Biz konseptimizə Arif Əzizin “Bəyaz” dövrünü vurğulamaqla başladıq, lakin layihə genişləndi və nəticədə türk tamaşaçısına böyük bir sənət epoxasını əhatə edən möhtəşəm, dünya miqyaslı rəssam təqdim olundu”. Qonaqlara sərginin kataloqu təqdim olunub.Qeyd edək ki, sərgi aprel ayının 12-nə qədər davam edəcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə