Təqvim
Yer Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib (+FOTOLAR)
04 mart 2019 - 22:50

Canveten.az xəbər verir ki, martın 1-də AMEA Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib.

İlk olaraq akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçkilərin keçirilməsi məsələsinə baxılıb. Bölmə üzvlərinin təklifləri müzakirə edilib və seçki keçirilib. Səsvermənin nəticələrinə görə akademik Ramiz Məmmədov yenidən Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçilib. Seçkinin nəticəsinin təsdiq üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Tədbirdə AMEA-nınYer Elmləri Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati   fəaliyyəti haqqında AMEA Rəyasət Heyətinin qərarına əsasən “AMEA-nın  Xəbərləri”  (yer  elmləri  seriyası) jurnalının nəşrinin təkmilləşdirilməsi və “Web of Science”, “Scopus”  elmi  bazalarına  daxil  olması istiqamətində işlərin gedişi haqqında müzakirələr aparılıb. Akademik Fəxrəddin Qədirov bildirib ki, jurnalın bugünkü vəziyyəti araşdırılıb, dünyada elmi jurnallara qoyulan tələblər müəyyənləşdirilib, müqayisəli təhlillər aparılıb və nəşr müasir tələblərə uyğunlaşdırılıb.

Daha sonra çıxış edənGeologiya və Geofizika institutunun şöbə müdiri, yer elmləri üzrə elmlər doktoru, jurnalın baş redaktorunun müavini Qulam Babayev jurnalın adının“ANAS TransactionsEarthSciense” olaraq dəyişilməsininməqsəuyğun olduğunu qeyd edib. O bildirib ki, jurnal artıq “Web of Science” və “Scopus”  elmi  bazalarına  daxil edilib. Alim jurnalda geologiya, geofizika, coğrafiya, həmçinin neft və qaz yataqlarının işlənilməsi sahəsində orijinal nəzəri və eksperimental tədqiqatların nəticələrini əks etdirən məqalələrin dərc ediləcəyini vurğulayıb.

Jurnalın beynəlxalq standartlara uyğunlaşdırılmasından, redaksiya heyətindən və çap olunacaq məqalələr üçün müəyyən olunan tələblərdən danışanQ.Babayevdiqqətə çatdırıb ki, jurnal haqqında ətraflı məlumatı“http://journalesgia.com/az” saytından öyrənmək olar.

Daha sonra yığıncaqdatəklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə