Təqvim
ADAU-da əlavə təqaüd alan tələbələrlə görüş keçirilib (+FOTOLAR)
27 fevral 2019 - 17:43

Canveten.az xəbər verir ki,  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) dövlət sifarişi ilə təhsil alan, əlavə təqaüdlərlə təmin olunan tələbələrin sayının artması dövlətimizin aqrar sahənin, aqrar təhsilin inkişafına diqqətinin təzahür formalarından biri kimi qiymətləndirilir.

Qeyd edək ki, 2018/2019-cu tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında 500-dən çox bal toplayaraq universitetə qəbul olan tələbələrin hər birinə ayda 200 manat, 400-499 bal toplayan tələbələrə 100 manat məbləğində əlavə təqaüd verilir. Qeyri-kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında müvafiq ixtisaslar üzrə 500-dən çox bal toplayan tələbələrə isə ayda 120 manat, 400-499 bal toplayanlara 80 manat məbləğində əlavə təqaüd verilir. Bütövlükdə cari tədris ilində universitetə qəbul olan 1292 tələbənin 879-u dövlət sifarişi əsasında qəbul olmuşdur ki, bunun da 843-ü kənd təsərrüfatı ixtisaslarını əhatə edir. Əlavə təqaüdlərlə təminatın davamlı olması isə tələbələrin imtahan sessiyalarında göstərdiyi nəticələrdən asılıdır. Əlavə təqaüdlə təmin olunan tələbələrin imtahan sessiyasının yekunlarına həsr olunan görüşdə rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək tələbələrin göstərdiyi nəticələr, qarşıda duran vəzifələr barədə danışıb. Rektor qeyd edib ki, dövlətimizin aqrar təhsilə qayğısının əsas isiqamətlərindən biri kimi universitetə yüksək balla qəbul olan tələbələrin imtahan sessiyasında da əla nəticələr əldə etməsi bizi sevindirir, aqrar sahənin rəqabət qabiliyyətli kadrlarla təminatına əlverişli zəmin yaradır. Rektor tövsiyə edib ki, tələbələr qəbul imtahanlarında əldə etdikləri yüksək nəticələri təhsil aldıqları müddətdə, imtahan sessiyalarında, məzun olduqdan sonra istehsalatda təsdiq etməlidirlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə