Təqvim
Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında dissertasiya mövzularının müzakirəsi aparılıb (+FOTO)
16 fevral 2019 - 01:57

Canveten.az xəbər verir ki,  AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Rafael Hüseynovun sədrliyi ilə Filologiya Problemləri üzrə Elmi Şuranın cari il üçün növbəti iclası keçirilib.

İclasda 4-ü elmlər doktorluğu, 28-i fəlsəfə doktorluğu hazırlığı üzrə ümumilikdə 32 dissertasiya mövzusu müzakirə olunub. 

Elmlər doktoru hazırlığı üzrə mövzusunun müzakirəsi və təsdiqi üçün müraciət etmiş şəxslərdən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Nərgiz İsmayılova “Avropa postmodernizmi və müstəqillik dövrü Azərbaycan bədii nəsrinin inkişaf təmayülləri” və Sumqayıt Dövlət Universitetinin dissertantı Törə Məmmədovanın “Çağdaş Azərbaycan romanında sosial mühit və qəhrəman problemi” mövzuları adlarında heç bir dəyişiklik edilmədən qeydə alınıb.

Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Türkan Əsgərovanın “Roman dillərində feilin zaman kateqoriyasının tarixi inkişafı” mövzusunda konkretləşdirilmə aparılaraq “Fransız dilində feilin zaman kateqoriyasının tarixi inkişafı” kimi təsdiq edilib. 

Bakı Dövlət Universitetinin doktorantı Almara Nəbiyevanın “Azərbaycan dastanlarının inkişaf istiqamətləri (Qarabağ dastançılıq arealı əsasında)” mövzusunun isə plan-prospektinin yenidən işlənilməsi tövsiyyə edilərək təsdiqi növbəti iclasların birinə saxlanılıb.

Fəlsəfə doktorluğu proqramı üzrə “XIX əsrin əvvəlinin rus romantizmində Qafqaz milli adətləri və Şərq məhəbbət simvolikası”,  “Müasir Azərbaycan ədəbi-bədii dilində solisizmlərin struktur-praqmatik aspektləri”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında komediya”, “Kamal Abdullanın nəsrində tarixi və mifoloji yaddaş problemi”, “Mustafa Zəririn “Yüz hədis və yüz hekayə” əsərinin dil və üslub xüsusiyyətləri”, “İngilis danışıq leksikasının Azərbaycan dilinə transformasiyası”, “Cəfər Cabbarlı və mətbuat”, “Nəzakətsizlik linqvo-praqmatik kateqoriya kimi”, “Azərbaycan dilində “səbəb-nəticə” konsepti”, “Müxtəlifsistemli dillərdə frazeoloji vahidlərin transformasiya problemi”, “XX əsr Azərbaycan nəsrində yuxu motivi”, “Oğuz Atayın yaradıcılığında postmodernizm və mədəniyyətlərin diskursu” və digər dissertasiya mövzuları müzakirə olunub.

İclasda müzakirə edilən 32 mövzudan 5-nin adında dəyişiklik edilməklə, ümumilikdə 26 mövzu qeydə alınıb, 6 mövzu isə qeyri-məqbul sayılıb.

Müzakirələrdə şuranın sədr müavini, prof. Əskər Rəsulov, şuranın üzvləri filologiya üzrə elmlər doktorları, professorlar Bədirxan Əhmədov, Şəfəq Əlibəyli, Ramiz Əsgər, İmamverdi Həmidov, Bilal İsmayılov, Qəzənfər Kazımov, Paşa Kərimov, Rəhilə Qeybullayeva, Fəridə Əzizova, Hüseyn Həşimli, Azadə Musayeva, Cəlil Nağıyev, Seyfəddin Rzasoy, Qorxmaz Quliyev, Fəxrəddin Veysəlli çıxış edərək fikir və təkliflərini bildiriblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə