Təqvim
Balıqçılıq sahəsinin inkişafı üçün dövlət proqramı hazırlanır
02 noyabr 2018 - 15:55

"Azərbaycanda və Xəzəryanı digər ölkələrdə akvakulturanı inkişaf etdirmək və əhalinin yeni fəaliyyət növü olan marikulturaya cəlb etmək lazımdır. Bu da Xəzər dənizində bioloji resursların tükənmə təhlükəsinin, brakonyerliyin qarşısını ala, həmçinin qanunsuz balıq ovunun azalmasına və dənizin ekoloji vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər".

Bu fikirləri mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda hələlik balıq məhsullarının yetişdirilməsi və bazara çıxarılması kortəbii xarakter daşıyır: "Amma bundan çıxış yolları mövcuddur. Artıq Nazirlik tərəfindən bu sahədə tədbirlərə başlanılıb. Yəni təbii su hövzələrində daha səmərəli olan qanuni fermaların yaradılması və akvakulturanın inkişafı hesabına balıq növlərinin artırılmasına çalışılır. Hazırda bu sahənin inkişafı üçün dövlət proqramı hazırlanır. Bu da Azərbaycanın balıqçılıq və akvakultura sektorunun inkişafına təkan verilməsi üçün imkan yaradacaq".

 

Mütəxəssis deyib ki, Azərbaycanda şirin su və kənd təsərrüfatı istehsalı üçün torpaq ehtiyatlarının məhdud olduğunu nəzərə alaraq, balıqyetişdirmə fəaliyyətinin genişləndirilməsi daha çox Xəzər dənizində marikulturanın gələcək inkişafı ilə bağlı olacaq: "Əhalinin balığa olan tələbatının təmin edilməsi proqramı çərçivəsində Xəzər dənizinin Azərbaycana aid sularında marikulturanın inkişaf etdirilməsi məqsədilə qəfəs tipli balıq təsərrüfatlarının yaradılmasına geniş imkanlar var. Marikulturanın inkişafı üçün Xəzər dənizinin sahilyanı rayonlarında xarici ölkələrin biotexnologiya təcrübələrindən istifadə etməklə yüksək məhsuldarlı balıqçılıq təsərrüfatları yaradıla bilər. Balıqçılıq və akvakultura sektorunun inkişafı üçün beynəlxalq standartlara, qabaqcıl təcrübəyə və sazişlərə uyğunluq təmin edilməlidir".

 

M.Axundov vurğulayıb ki, akvakultura və marikultura sahəsinin davamlı inkişafı Azərbaycanın kənd ərazilərində yeni iş yerlərinin və alternativ gəlir mənbələrinin yaranmasına səbəb olar, ölkə əhalisinin sosial vəziyyətinə və sağlamlığına, ərzaq təhlükəsizliyi məsələlərinin həllinə müsbət təsir göstərə bilər: "Araşdırmalara əsasən, deyə bilərik ki, yaxın zamanlarda əhalinin balıq ovçuluğundan akvakultura və marikultura fəaliyyətinə yönəldilməsi əvvəlcə sənaye balıq ovu ilə məşğul olan balıqçıların gəlirlərinin artmasına səbəb olacaq və həmçinin ölkəmizdə balıq məhsullarına olan daxili tələbat tam ödənəcək. Hətta hesablamalara görə, məhsuldarlıq o qədər artıq olacaq ki, qarşıdakı illərdə yetişdirilən balıq məhsullarını xaricə ixrac etmək mümkün olacaq. Bizim əsas prioritetlərimiz və məqsədimiz budur".

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© report
Kateqoriya:
Sənaye
Delimitasiya üçün Bakı və İrəvana xəritələr verə bilərik - Rusiya XİN 22:18, 06 dekabr 2023
Azərbaycana qarşı qərəzli siyasətdən əl çəkin - İcmadan tələb 12:22, 06 dekabr 2023
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenidən Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib. 23:26, 05 dekabr 2023
ALLAH adamı-Gülağa Tənhanın təşəbbüsü ilə - EHTİYACI OLAN 100 ailəyə,100 azn23:11, 05 dekabr 2023
Qızılca xəstəliyinin yaratdığı FƏSADLAR 22:14, 05 dekabr 2023
“Qızılca virusu yalnız insanlarda xəstəlik törədir. Qızılcaya yoluxan şəxsı hava-damcı yolu ilə həssas insanları yoluxdurur”. 22:08, 05 dekabr 2023
Məktəblərdə mobil telefondan istifadə qadağan olundu 12:26, 05 dekabr 2023
Qızılcaya ən həssas qrup bu yaşa qədər olan uşaqlardır 21:59, 04 dekabr 2023
A vitamini çatmayan uşaqlarda qızılca daha ağır keçir 18:59, 04 dekabr 2023
GÜLAĞA TƏNHA: GƏLƏRSƏNMİ 12:31, 04 dekabr 2023
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə