Təqvim
"Gübrəni torpağa vermək əvəzinə, "qara bazar"da satırlar"
31 oktyabr 2018 - 17:00

 “Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC ölkəyə mineral gübrələrin gətirilməsi prosesini tədricən özəl sektora həvalə etmək və bu bazardan çəkilmək niyyətindədir”.

BI xəbər verir ki, bunu Azərbaycana gübrə idxal edən şirkətlərin nümayəndələri ilə görüşdə qurumun sədri Seymur Mövlayev deyib.

Son günlər gübrə bazarında yaranan problemlər barədə danışan “Aqrolizinq”in rəhbəri bildirib ki, hazırda ölkəyə gübrə idxalının əksər hissəsini özəl şirkətlər həyata keçirir və səhmdar cəmiyyəti güzəştli qiymətlərlə fermerlərə satdığı gübrəni əksər hallarda özəl şirkətlərdən alır: “Özəl şirkətlərin ölkəyə gübrə gətirməsində aktivlik göstərməməsi nəticə etibarilə müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Biz “Aqrolizinq” olaraq tədricən gübrə bazarını özəl şirkətlərin ixtiyarına verməyə hazırlaşırıq. Şirkətlərə göstərdiyimiz bu münasibət onların bazarda mövqelərini gücləndirmək üçün stimul rolunu oynamalıdır”.

S.Mövlayev “Aqrolizinq”in xətti ilə gətirilən gübrənin qara bazarda baha satılması xəbərlərinə də münasibət bildirib: “Bununla bağlı vətəndaşlardan “Çağrı Mərkəzi”mizə daxil olan müraciətlərin hamısı dərhal daxili nəzarət şöbəmizin əməkdaşları tərəfindən araşdırılır. Əksər hallarda məlum olur ki, vətəndaş bizdən 70% güzəştlə aldığı gübrəni torpağa vermək əvəzinə anbarda saxlayır və bazarda tələbat artan zaman baha qiymətə satır. Nəticə etibarilə cəmiyyətdə “Aqrolizinq” gübrəni fermerlərə güzəştli qiymətlərlə satmaq əvəzinə bazarda satdırır” kimi yanlış fikirlər formalaşır. Təəssüf ki, vətəndaşların gübrəni güzəştli qiymətlərlə alaraq, bazar qiymətinə satmasının qarşısını almaq üçün hər hansı bir mexanizm yoxdur”.

O, hər il ölkədə mineral gübrələrə ehtiyacın artdığını nəzərə çatdırıb: “Aqrolizinq” 2016-cı ildə Azərbaycana 26,8 mln. manat dəyərində 73 ton, 2017-ci ildə 44,4 mln. manat dəyərində 65,5 min ton, bu il isə 106,07 mln. manat dəyərində 175 min ton müxtəlif növ mineral gübrələrin gətirilməsi üçün müqavilələr bağlanıb. Bu günə kimi artıq 146 min ton gübrə gətirilərək fermerlərin müraciəti əsasında 70% güzəştlə onlara verilib. Gördüyünüz kimi tələbat hər il artır, bu səbəbdən bəzən ehtiyacların qarşılanmasında problemlərin yaranması təbiidir. Amma yenə də qeyd etmək istəyirəm ki, “Aqrolizinq” bu bazarda tək deyil, bizimlə eyni zamanda gübrə bazarında özəl şirkətlər də var. Biz gübrə idxalı məsələsini tam şəkildə özəl şirkətlərə həvalə etməklə onların ölkəyə gübrə gətirilməsində marağını daha da artırmış olarıq”.

“Aqrolizinq” rəhbəri özəl şirkətlərin təkcə bu il ölkəyə 145,7 min ton gübrə idxalı həyata keçiridiyini açıqlayıb: “Göründüyü kimi, gübrəyə olan tələbatın ödənilməsi üçün ölkəyə dövlət və özəl sektor xətti ilə kifayət qədər mineral gübrə gətirilib. Bu baxımdan gübrə çatışmazlığı ilə bağlı söhbətlərin ciddi əsası yoxdur. Araşdırmalarımız göstərir ki, bəzi hallarda fermerlər dövlətin gübrəni onlara pulsuz verməli olduğunu düşünürlər. Elə hallar da var ki, fermer güzəştli gübrə almaq üçün lazım olan sənədləri təqdim etmir. Gübrənin güzəştli qiymətlərlə satılması üçün tələb olunan sənədlər var, bu sənədləri təqdim edən şəxslər heç bir problem olmadan dövlətin güzəşt siyasətindən yararlana bilərlər”.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri Rafail Quliyev çıxış edərək bildirib ki, fermerlərin güzəştli şərtlərlə gübrə ala bilməməsinin əsas səbəblərindən biri torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərinin olmamasıdır. O, fermerləri ilk növbədə tələb olunan sənədləri qaydaya salmağa, yalnız bundan sonra güzəştli gübrə almaq üçün “Aqrolizinq”ə müraciət etməyə çağırıb.

Görüşdə çıxış edən şirkət təmsilçiləri ölkəyə gübrə gətirilməsi ilə bağlı problemlər barədə danışıb, “Aqrolizinq”in gübrə idxalı funksiyasını tədrinə özəl sektora verməsinin üstün və mənfi cəhətləri barədə fikir mübadiləsi aparıb, təkliflərini səsləndiriblər. 

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
Aqrar
Akif AĞAYEV: Masallıda yazıçı-publisist Nurəddin Ədiloğlunun 65 illik yubileyi keçirildi11:10, 10 iyun 2023
Akif VAQİFOĞLU:  HEÇ ÖLÜ DƏ UTANAR?09:27, 10 iyun 2023
«Xəmsə» milli intellektual oyununa yekun vurulub 14:35, 09 iyun 2023
Qarabağın erməni sakinləri Xankəndi-Gorus istiqamətində maneəsiz hərəkət edirlər VİDEO11:46, 09 iyun 2023
“WhatsApp”da yeni funksiya: Teleqram kimi olacaq... 20:01, 08 iyun 2023
Nazirlik klinikada rentgen fəaliyyətini dayandırdı 11:41, 08 iyun 2023
Ermənilər Qarabağı kütləvi şəkildə tərk edir: Laçın postundan keçid başladı 22:41, 07 iyun 2023
Bakı-Qəbələ istiqamətində 10 əlavə qatar reysi təyin edildi 12:46, 07 iyun 2023
Salyanda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verildi 12:43, 07 iyun 2023
İrandan Naxçıvana narkotik keçirmək istədilər - 30 kiloqram12:37, 07 iyun 2023
lham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib14:37, 06 iyun 2023
MİLLİ MƏCLİSDƏ: Sabir Rüstəmxanlı məmurlardan şikayətləndi 13:18, 06 iyun 2023
Avtomobilləri qaçıran şəxslər SAXLANILDI - Bakıda və Sumqayıtda 13:13, 06 iyun 2023
FotoSRasim: ƏSL TARİX BUDUR10:02, 06 iyun 2023
Gülağa Tənha: SABİRİN MƏZARI ÖNÜNDƏ DÜŞÜNCƏLƏR23:45, 05 iyun 2023
Nardaran və Bakıxanovda əməliyyat - 75 nəfər saxlanıldı18:55, 05 iyun 2023
“Qızıl buts”un sahibi məlum oldu - FOTO18:42, 05 iyun 2023
Nəcib Osmanov Səfirliyin pulunu qumarda uduzan attaşe məhkəmə zalında həbs olundu 18:32, 05 iyun 2023
Priqojin Şoyqunu cəbhəyə çağırdı Qoşunlar qaçır, biabırçılıqdır18:24, 05 iyun 2023
Azərbaycan NATO-nun iclasına dəvət olundu 17:49, 05 iyun 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə