Təqvim
Məhkəmə Palatanın protokolunu ləğv etdi
26 oktyabr 2018 - 21:18

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "ECO "PROD" MMC barəsində protokol tərtib edib.

"" xəbər verir ki, Nəzarət Palatasının 1282/11 saylı, 19 fevral 2018-ci il tarixli inzibati xəta haqqında protokolunda qeyd edilib ki, "ECO PROD" MMC 115 884 avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "Yapı Kredi Bank Azərbaycan" QSC-də olan hesabından 14.06.2017-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürüb.

Lakin ödənişin aparıldığı gündən 180 gündən artıq müddət keçməsinə baxmayaraq, 6688,50 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.

Abşeron Rayon Məhkəməsi isə MMC-ni İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

Qərara əsasən, şirkət 23176,80 avro məbləğində ödəniş gününə Azərbaycan Mərkəzi Bankının məzənnə nisbətində manatla cərimə edilib.

Daha sonra "ECO "PROD" MMC-nin direktoru məhkəmə qərarından apellyasiya şikayəti verib. O, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib. MMC-nin direktoru apellyasiya şikayətini onunla əsaslandırıb ki, qeyd olunan məbləğ istixana konstruksiyalarının alınması üçün köçürülüb və malların ölkəyə idxalında problemlər yaranıb. Buna görə də vəsaitin köçürüldüyü vaxtdan 180 gün deyil, 190 gün sonra mallar ölkəyə idxal edilib.

Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv edilib.

Qeyd edək ki, "ECO PROD" Azərbaycanda kənd təsərrüfatı və xüsusilə pomidor yetişdirən şirkətlərdən biridir.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Mənbə:
© report
Kateqoriya:
MƏDƏNİYYƏT
Xalqımı təbrik edirəm !.. Gülağa Tənhanın xalqa müraciyyəti20:19, 01 oktyabr 2023
Bu gündən taksi fəaliyyəti üçün yeni dövlət rüsumları tətbiq olunur. 18:29, 01 oktyabr 2023
Qarabağın çiçəklənən dinc regiona çevrilməsini istəyirik 18:03, 01 oktyabr 2023
Hərbçilərimiz AKINCI kursunu başa vurdu 17:10, 01 oktyabr 2023
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə