Təqvim
“AtaBank”ın mənfəəti 20 dəfə azaldı
25 oktyabr 2018 - 14:10

Azərbaycanın bank sektorunda sağlamlaşdırmaya ehtiyacı olan banklardan biri kimi “AtaBank”ın hesabatları maraqla qarşılanır. 


Faiz gəlirləri azalıb, xərcləri isə artıb 
BI xəbər verir ki, “Atabank”ın 2018-ci ilin üçüncü rübündə faiz gəlirləri 1 illik müqayisədə 14% azalaraq 31 milyon 274 min manat, faiz xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artaraq 19 milyon 120 min manat təşkil edib. 
Qeyri-faiz gəliri 13% azalaraq 4 milyon 59 min manata düşüb və paralel olaraq  qeyri-faiz xərcləri 13,2 azalaraq 17 milyon 758 min manat təşkil edib.  

Əməliyyatda zərər edib
Bank 2018-ci ilin üçüncü rübündə əməliyyatda 1 milyon 682 min manat zərər edib. Halbuki, 2017-ci ilin üçüncü rübündə əməliyyatda 5 milyon 8 min manat mənfəət açıqlamışdı. Belə görünür ki, bank öz fəaliyyətində xərclər və gəlirlərini ciddi şəkildə tənzimləməlidir. Üstəlik, əvvəlki illər aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatın 1 milyon 631 min manatı azad olunub və bu məbləğ gəlirə əlavə edilib. Nəticədə “AtaBank” əməliyyat zərərini bağlayıb.

Mənfəətdə 20 dəfə azalma 
Bank 2018-ci ilin üçüncü rübünü 86 min manat xalis mənfəətlə başa vurub. Halbuki, bank 2017-ci ilin eyni dövründə 1 milyon 700 min manat xalis mənfəət əldə etmişdi.

Aktivlər “əriyib”
“AtaBank”ın 2018-ci ilin yanvar-sentyabr ayına olan hesabatına əsasən müştərilərinə verdiyi kreditin həcmi illik müqayisədə 14% azalaraq 453 milyon 389 min manat  olub. Ümumilikdə bankın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 11% azalaraq 589 milyon 146 min manat təşkil edib.


Depozit portfeli 4% artıb
Bu rüb “AtaBank”ın depozit protfeli 305 milyon 289 min manata yüksəlib. Ötən ilin üçüncü rübündə bu göstərici 293 milyon 200 min manat olmuşdu. Bankın cəmi öhdəlikləri 444 milyon 694 min manat təşkil edib.

“AtaBank”ın 2018-ci ilin 30 sentyabr tarixinə olan hesabatına əsasən, cəmi kapitalı 144 milyon 452 min manat olub.


 

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
KULİNARİYA
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
Akif AĞAYEV: Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib 10:30, 20 sentyabr 2023
Ərdoğan BMT-də Qarabağdan DANIŞDI: Heç bir status qəbul edilməyəcək 23:34, 19 sentyabr 2023
Qarabağdakı ermənilərə növbəti MÜRACİƏT 23:22, 19 sentyabr 2023
İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - Yaralılar var 23:19, 19 sentyabr 2023
Erməni silahlı qüvvələrinin təmas xətti YARILIB 22:25, 19 sentyabr 2023
Müdafiə Nazirliyinin növbəti BRİFİNQİ - VİDEO20:49, 19 sentyabr 2023
Spiker G77+Çin Sammitində çıxış etdi 07:28, 17 sentyabr 2023
BƏYBALA MİRZƏYEV: Faciələrə vərdiş edən ölkə... 07:17, 17 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə