Çapa göndər
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında

01 iyun 2024 - 17:01

14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 

 

“Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat üzrə idman-şahmat məktəbləri arasında komanda üzrə respublika birinciliyi keçirilir.
Göyşay Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunan yarışda 28 idman-şahmat məktəblərinin komandalarını təmsil edən 112 şahmatçı mübarizə aparır.
Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin 14 yaşlı yetirməsi Miryusif Kənan oğlu Sadıqzadə finala vəsiqə qazanıb.
Yarışlara iyunun 4-də yekun vurulacaq.

 

Akif AĞAYEV