Çapa göndər
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub

28 may 2024 - 16:51

Lənkəran-Astara regionunun 8 boksçusu medala sahiblənib

 

Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Kadetlər arasında zona birinciliyinin final mərhələsinə yekun vurulub. 
Bakı Boks Mərkəzində yeddi gün (20-26 may) davam edən yarışlarda respublikanın 56 komandası tərkibində 220 boksçu 17 çəki dərəcəsi üzrə gücünü sınayıb.
Lənkəran-Astara regionunu təmsil edən dəri əlcək ustaları həlledici görüşlər zamanı uğurlu nəticələr göstəriblər. Uğur Həsənov (90 kq, Lənkəran), Qardaş Rəhimov (38 kq, Masallı) birinci, İsmayıl Nəsirzadə (44 kq, Lənkəran), Kazım Baxışov (38 kq, Cəlilabad), Nurhan Quluzadə (48 kq, Cəlilabad) ikinci, Murad Niyazov (60 kq, Cəlilabad), Hüseyn Nəbiyev (70 kq, Masallı), Hidayət Məmmədov (63 kq, Masallı) üçüncü yerə layiq görülüblər.
İdmançıları yarışa məşqçi-müəllimlər Nazim Qulamov, Elnur Hacıyev, Orxan Cəbiyev, Nicat Quliyev, Nurlan Məmmədov, Fərid Əsədullayev, Nizaməddin Mehtiyev və Mahir Hüseynov hazırlayıb.
Qeyd edək ki, yarışların keçirilməsində məqsəd regionlarda boksun inkişafı, perspektivli idmançıların beynəlxalq yarışlara cəlb edilməsidir.  

 

Akif AĞAYEV