Çapa göndər
Müstəqillik Günü münasibətilə konsert – Masallıda

27 may 2024 - 20:33

Müstəqillik Günü münasibətilə konsert – Masallıda 

 

Masallıda, rayon icra hakimiyyəti və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təşkil olunub.
Bayram tədbirində rayon rəsmiləri, şəhid ailələri, təşkilatçı müəssisələrin, eləcə də digər idarə-müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzindəki konsert öncəsi Ulu öndər Heydər Əliyevin, müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mədəniyyət Mərkəzi solistləri və Onbirillik İncəsənət məktəbi şagirdlərinin ifasında davam edən konsert proqramı maraqla qarşılanıb.

 

Akif AĞAYEV,

foto: Elsevər Əliyev.