Çapa göndər
“Muğanbank”ın artım tendensiyası

25 oktyabr 2018 - 11:17

“Muğanbank”ın aktivlərinin artımı ilə yanaşı, bölüşdürülməmiş zərərinin də həcmi azalır. Banka yatırılan əlavə sərmayə demək olar ki, onun yenidən dirçəlməsinə imkan yaradıb. Bu tendensiyanı isə aktivlərin, kredit portfelinin həcmində görmək olar. 

Faiz gəliri azalıb


xəbər verir ki, “Muğan Bank”ın 2018-ci ilin üçüncü rübündə kreditlər üzrə faiz gəlirləri illik müqayisədə 12,2% azalaraq 29 milyon 175 min manat olub. Faiz xərcləri illik müqayisədə 58% artaraq 18 milyon 785 min manat təşkil edib.
 “Muğan Bank”ın xalis faiz gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azalaraq 11 milyon 399 min manat olub. Bankın komission və qeyri-faiz gəlirləri illik müqayisədə 1,9 dəfə artaraq 10 milyon 973 min manat, komission və qeyri-faiz xərcləri isə 1 milyon 173 min manat olub. Bunun hesabına da əməliyyat mənfəəti artıb. 

“Muğan Bank”ın kreditlər üzrə ehtiyata ayrdığı vəsait illik müqayisədə 3,8 dəfə azaldıb. Bank kreditlər üzrə ehtiyata 4 milyon 297 min manat ayırıb. Bu göstəricidə vaxtı keçmiş kreditlərin azalmasından xəbər verir.

Nəticədə 11 milyon 89 min manat əməliyyat mənfəəti açıqlanıb. Bu isə illik müqayisədə 2,2 dəfə çoxdur. 

Zərərdən mənfəətə 

“Muğan Bank” 2018-ci ilin yanvar-sentyabr ayını 649 min manat xalis mənfəətlə başa vurub. Halbuki, bank 2017-ci ilin müvafiq dövrünü 4 milyon 626 min manat zərərlə bağlamışdı.

Kreditlər artıb

Bank 2018-ci ilin üçüncü rübündə müştərilərə verdiyi kreditin həcmi illik müqayisədə 12,6% artaraq 376 milyon 319 min manata çatıb. AMB-yə olan tələbləri illik müqayisədə 8,3 dəfə artaraq 66 milyon 872 min manat olub. “Muğan Bank”ın cəmi aktivləri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 32,2% artaraq 560 milyon 494 min manat olub.

 

Bankın 2018-ci ilin üçüncü rübündə cəmi öhdəlikləri illik müqayisədə 34,5% artaraq 491 milyon 485 min manat olub.


“Muğan Bank”ın 2018-ci ilin 30 sentyabr tarixinə olan cəmi kapitalı 69 milyon 9 min manat olub.