Çapa göndər
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir

29 aprel 2024 - 16:35

MÜSABİQƏ: “YAŞIL DÜNYA YAZI VƏ ŞƏKİLLƏRDƏ

 

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində – “Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqə elan edilib.

 

Müsabiqənin şərtləri ilə tanış olun: 

1. Müsabiqədə iştirak könüllüdür, 
2. Müsabiqədə 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər,
3.Müsabiqə 01.05.2024 – 25.05.2024-cü il tarixləri əhatə edir,
4. Müsabiqəyə mövzu ilə bağlı fotoşəkillər və məqalələr təqdim olunur,
5. Təqdim ediləcək materiala ad, soyad və əlaqə nömrənizi əlavə edərək 27.05.2024-cü il tarixinə kimi YAP Masallı rayon təşkilatına göndərməyiniz xahiş olunur.