Çapa göndər
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda

29 mart 2024 - 20:59

Layihənın ilk aksiyası Masallıda həyata keçirilib 

 

Masallı rayonunda TƏBİB, Alman-Azərbaycan Tibb Assosiasiyası (DAMV) və Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlamlıq körpüsü” layihəsi həyata keçirilib.
Masallı Rayon Mərkəzi Xəstəxanası, Boradigah qəsəbə sahə xəstəxanası və Masallı Bioloji Təbabət Klinikasında təşkil olunan müayinələrdə Almaniyada və Türkiyədə ixtisaslaşmış oftalmoloq, stomatoloq, pediatr, cərrah və psixiatrlar tərəfindən tibbi xidmətlər göstərilib. Gün ərzində 450-dən çox pasiyentə tibbi xidmət göstərilib və sanitar maarifləndirmə işləri aparılıb.
Həkim-mütəxəssislər həmçinin, Masallı rayon Boradigah qəsəbə İ.Nağıyev adına 2 nömrəli tam orta məktəbində valideynlər və yuxarı sinif şagirdləri ilə görüşüb, onları maraqlandıran sualları cavablandırıblar.
Məlumat üçün bildirək ki, layihənin keçirilməsində məqsəd Almaniyanın və ölkəmizin nüfuzlu tibb müəssisələrində çalışan müxtəlif ixtisaslı həkim-mütəxəssislərin iştirakı ilə tibbi müayinələrin təşkili, xəstəliklərin erkən aşkarlanması və müalicəsi, tibbi maarifləndirmənin genişləndirilməsidir.
İlk aksiya Masallı rayonunda keçirilib. 

 

Akif AĞAYEV