Çapa göndər
Masallıda iftar süfrəsi açılıb

28 mart 2024 - 19:55

Masallıda iftar süfrəsi açılıb

 

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının təşkilatçılığı, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədovun dəstəyilə Ramazan ayı münasibətilə şəhid ailələrinin üzvləri, qazilər, aztəminatlı ailələrin nümayəndələri, dindarlar üçün iftar şüfrəsi açılıb. 
“Qurani-Kərim” ayələrinin və Ramazan dualarının oxunması ilə başlayan iftar süfrəsi öncəsi torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev, Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov Ramazan ayının həmrəylik, sevgi, mərhəmət ayı olduğunu, ölkəmizdə sabitlik və inkişafın, vicdan azadlığı və tolerantlığın təməlinin Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin respublika prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Çıxışlarda ölkəmizdəki milli azlıqların hüquq və azadlıqlarının, etnik-mədəni dəyərlərinin qorunmasından, dövlət başçısının şəhid ailələri və əlillərə diqqət və qayğısından bəhs edilib. 
Mərasimdə müqəddəs Ramazan ayının fəzilətlərindən danışılıb, ölkəmizə əmin-amanlıq arzulanıb, şəhidlərimizin ruhuna dualar oxunub.

 

Akif AĞAYEV