Çapa göndər
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar

27 mart 2024 - 13:28

Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar

 

Dünyada müxtəlif ölkələr öz təhlükəsizliyini bir neçə formada güvənə almağa çalışırlar. Azərbaycanda da dövlətin və onun ərazisində yaşayan vətəndaşların təhlükəsizliyi ən vacib şəkildə qorunur.
Cənubi Qafqazda qorxu və çaxnaşma yaratmaq həmişə kənar qüvvələrin marağında olmuşdur. Hələ 44 günlük haqq savaşımızdakı qələbəmizdən öncə belə Azərbaycanın uğurlu nəticələrini həzz etməyənlər ölkəmizə qarşı yönəlmişdilər. Zəfərimizdən sonra isə kənar qüvvələrin ölkəmizə qarşı çıxması daha da geniş vüsət almışdır. Lakin, respublikamızdakı xüsusi orqanların çevik və sayıqlığı nəticəsində istər dövlətçiliyimizə, istərsə də vətəndaşlarımıza heç bir zərər dəyməyib və dəyməyəcəkdir. Son günlərdə DTX-nın müəyyən etdiyi terrora cəhd faktı da bunun bariz nümunəsidir.
Bir çox ölkələrdə baş verən terror hadisələri və davam edən müharibələrin fonunda ölkəmizin quru sərhədlərinin bağlı qalması bir çox riskin öncədən düşünülməsi deməkdir. Quru sərhədlərinin bağlı qalması hazırkı dönəmin ən doğru qərarlarındandır. 
Azərbaycan ərazisində vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar.

 

Rafət Şirəliyev,
“Regional İnkişafın Dəstəklənməsi” İctimai Birliyinin sədri