Çapa göndər
Masallı məktəblərində “İdman həftəsi” keçirilib

12 mart 2024 - 19:59

Sağlam bədəndə sağlam ruh olar

 

Masallı rayonunun ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilib. 
“İdman həftəsi” layihəsinin proqramına uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, görüşlər, müsabiqələr, müxtəlif idman növləri üzrə yarışlar, nümunəvi çıxışlar, şagirdlərin mükafatlandırması və digər tədbirlər təşkil edilib. 
Layihənin həyata keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaqla sağlam həyat tərzini təbliğ etmək, eləcə də müxtəlif idman növləri üzrə nailiyyət əldə etmiş şagirdlərin uğurlarının paylaşılması ilə məktəbliləri bu mövzuda maarifləndirmək və həvəsləndirməkdir. 

 

Akif AĞAYEV