Çapa göndər
Masallı məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd olunub

21 fevral 2024 - 22:56

Masallı məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd olunub 

 

Masallı rayonunun ümumtəhsil müəssisələrində 21 Fevral – Beynəlxalq Ana Dili günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində inşa yazı və şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar, dəyirmi masalar, bilik yarışları, xüsusi dərslər və məşğələlər təşkil edilib.
Məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib. Çıxışlarda Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində, milli-mənəvi dəyərlərin qorunmasında Ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanıb.
Diqqətə çatdırılıb ki, bu gün də dilimizin inkişafına böyük qayğı ilə yanaşır.
Tədbirlər zamanı şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Akif AĞAYEV