Çapa göndər
Zeynəb Xanlarova tənqidlərə belə cavab verdi: "Xain adamlar..."

06 yanvar 2024 - 16:44

Zeynəb Xanlarova tənqidlərə belə cavab verdi: "Xain adamlar..."

Azərbaycanın Xalq artisti, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarovanın adı bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusudur. Müzakirələrin səbəbi Xalq artistinin 31 dekabr gecəsi Azərbaycan Televiziyasının Yeni il konsertində çıxış edərək bir neçə mahnı ifa etməsidir. 

Zeynəb Xanlarovanın ifasını bəyənməyənlər onunla bağlı müxtəlif tənqidi fikirlər yazır, Xalq artistini bu yaşda AzTV-nin ekranına çıxmaqda qınayırlar. Bununla yanaşı, müzakirələrdə Zeynəb Xanlarovanı müdafiə edənlər də çoxdur.

Xalq artisti sosial şəbəkələrdə və mediada səsləndirilən fikirlərə münasibət bildirib.

Zeynəb Xanlarova haqsız hücumlara məruz qalmasından şikayətlənib. O deyib ki, dilindən çıxmayan sözləri onun adına yazırlar. Xalq artisti həmin şəxsləri xain adlandırıb.

"Mən namuslu ailədən çıxmışam. Mən heç vaxt xalqımı, dövlətimi satmaram. Amma indi mənim əleyhimə təbliğat aparırlar. Guya mən demişəm ki, uşaqpulu verilməsin. Guya demişəm ki, müəllimlərin maaşı artmasın. Belə yalan olar? Mən bu sözləri harada demişəm? Sübut eləyin ki, mən belə söz demişəm! Parlamentdə etdiyim çıxışlar arxivdə qalır. Qaldırıb baxın. Görün nə demişəm. Əksinə, mən demişəm ki, müəllim şabalıd satır. Əgər müəllimin durumu yaxşı olsa, bunu etməz. Uşağını dolandırmaq üçün şabalıd satır. O jurnalistlər belə yalan uydurmağı özlərinə necə rəva bilirlər? Bu günün sabahı da var. Sabahınızı fikirləşin. Bu adamlar o biri dünyada necə cavab verəcək?", - o bildirib.

Sözügedən videonu təqdim edirik: