Çapa göndər
Şəhid ailələri və qazilər üçün Yeni il şənliyi keçirilib – Lənkəranda

24 dekabr 2023 - 12:33

Lənkəranda şəhid ailə üzvləri və qazilər üçün Yeni il şənliyi keçirilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) Lənkəranda 150 nəfərə yaxın şəhid ailə üzvü və Vətən müharibəsi iştirakçısı üçün yeni il şənliyi keçirib. 
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarının fəda edən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.
Tədbirdə iştirak edən SXA-nın Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətov çıxışında xalqımızın 2023-cü ildə əldə etdiyi uğurlardan, tarixi və əzəli torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, eləcə də işğaldan azad edilmiş digər ərazilərimizə dönüşdən, bu xoşbəxtliyi Azərbaycan xalqına bəxş edən Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətdən danışıb, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və həmrəylik günü haqqında tədbir iştirakçılarına məlumat verib.
Yeni il şənliyində şəhid övladlarına qiymətli hədiyyələr təqdim olunub.