Çapa göndər
Qarabağı tərk edən ermənilər bu ölkələrə gedir

17 dekabr 2023 - 18:38

Qarabağı tərk edən ermənilər bu ölkələrə gedir

Qarabağı könüllü şəkildə tərk edərək Ermənistana gedən ermənilər Fransa, Rusiya və digər ölkələrə köçür.

CAN VƏTƏN xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Bildirilir ki, bir çox Qarabağ ermənisi bu ölkələrin Ermənistandakı səfirliklərinə müraciət ediblər.

Ermənistan baş naziri Nikol Paşinyan özü bir ay əvvəl hökumətin iclasında Qarabağdan gedən bir çox erməninin ölkəni tərk etdiyini açıqlamışdı.

Onun sözlərinə görə, Qarabağı könüllü tərk edən 3 min erməni Ermənistandan gedib.