Çapa göndər
YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

15 dekabr 2023 - 15:02

YAP İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib

 

Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədini irəli sürüb. Bu barədə qərar Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib. Hakim partiyanın növbədənkənar Prezident seçkilərində namizədi İlham Əliyev olub.
Növbədənkənar prezident seçkilərinə namizəd irəli sürmüş Yeni Azərbaycan Partiyasının iki səlahiyyətli nümayəndəsi təyin edilib. Bu barədə qərar Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul olunub. Onlardan biri Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, digəri isə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədovdur.
Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə növbədənkənar seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.
Partiyanın seçki Qərargahının yaradılması barədə də qərar səsverməyə çıxarılaraq təsdiqlənib.