Çapa göndər
Lənkəran-Astara regionunun pəhləvanları beynəlxalq turnirin qalibidir

14 dekabr 2023 - 23:10

Lənkəran-Astara regionunun pəhləvanları beynəlxalq turnirin qalibidir 
 

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyilə yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən “Təhsil” beynəlxalq turnirinə yekun vurulub.
Yeddi gün (5-11 dekabr) davam edən beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan U-15 və U-17 yaş qrupları üzrə 500-ə yaxın güləşçi gücünü sınayıb. 
Dünya Güləş Birliyinin təqvimində yer alan bu mötəbər yarışda Lənkəran-Astara regionunun idmançıları uğurlu nəticələr göstərərək komanda hesabında birinci yerə sahib olublar.
Yarışların yekun nəticələrinə əsasən cənub regionunun yeniyetmə pəhləvanlarından – Mirzəyev Yusif (38 kq) I, Rəcəbli Hüseyn (44 kq) III, Həsənov Murad (48 kq) III, Rəsul Cəfərov  (85 kq) III, Əmrahov Əmrah (48kq) I, Məhərrəmov Abbas (51kq) III, Babayev Rövlan (110 kq) III, Seyfullazadə Rahib (60 kq) II, Əlizadə Seyhun (55 kq) III, Abbasov Əli (51 kq) III, Əlizadə Ruslan (48 kq) I, Ələsgərov Tohid (45 kq) III, Mirhüseynov Ramal (45 kq) I, Şahbazov Elgün (68 kq0 I, Məmmədov Amil (38 kq) II, Ağayev Hüseyn (60 kq) II, Ağayev Əli (38 kq) III, İspərov Ruhid (41 kq) II, Eynullayev Tural (68 kq) III yerə layiq görülüblər.
Turnirin keçirilməsində məqsəd məktəblilər arasında güləş idman növünə marağın artırılması, kütləviliyin təmin edilməsi, şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, bu idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsindən ibarətdir.
 
Akif AĞAYEV