Çapa göndər
Bakıda avtomobil ana və uşağını vurub.

13 dekabr 2023 - 11:43

Bakıda avtomobil ana və uşağını vurub.

CAN VƏTƏN xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 11.12.2023-cü il tarixdə, saat 10:30 radələrində 1954-cü il təvəllüdlü İbrahimov Qəmnalı Məmməd oğlu "Opel Vectra" markalı avtomaşınla Nizami rayonu ərazisində hərəkətdə olarkən idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkətdə olan piyadalar - 1990-cı il təvəllüdlü Aşırova Ayişə Mühərrəm qızı və onun övladı 2015-ci il təvəllüdlü Yaqubəliyeva Aysu Elmir qızını vurub, piyadalar "Yeni Klinika" xəstəxanasına yerləşdirilib. Ayişə Aşırova aldığı bədən xəsarətlərindən xəstəxanada öülb.

Toplanmış material üzrə 12.12.2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ- nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq davam etdirilir.