Çapa göndər
GÜLAĞA TƏNHA: GƏLƏRSƏNMİ

04 dekabr 2023 - 12:31

GÜLAĞA TƏNHA:

GƏLƏRSƏNMİ

 


 

Baharda torpağa yağış düşəndə,
Biz gəzən çəmənə naxış düşəndə,
Çiçək ləçəyinə baxış düşəndə,
Məni gül əvəzi dərəcəkmisən?

 

Gedib, gözlərimin qalmayıb ağı,
Qınağa tuturam aranı, dağı.
Gözəlim, səsləsəm bir axşam çağı,
Günəştək üzümə güləcəkmisən?

 

Qönçə diləklərim gül açasıdı,
Gül açan diləyim yol açasıdı.
Eşqim fəğan edib dil açasıdı,
Dərdimin tozunu siləcəkmisən?

 

Tənhayam, dərdindən Məcnuna dönsəm,
Dərdimin adını biləcəkmisən?
Döysəm pəncərəni bir axşam çağı,
Sevincək sən mənə gələcəkmisən?

 

Bakı, 5 may, 2006