Çapa göndər
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq

22 noyabr 2023 - 15:42

DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq

“Kiberdələduzların qurbanlarına çevrilməmək üçün tanımadığınız şəxsdən gələn şübhəli məktubları və linkləri açmayın”.

CAN VTƏN xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) paylaşdığı videoçarxda bildirilib.

“Hədiyyə qazandınız kimi anidən gələn mesajlara inanmayın. Bütün hesablarınız üçün eyni paroldan istifadə etməyin. Şəxsi və bank kartı ilə bağlı informasiyalarınızı heç kimlə bölüşməyin. Açıq mənbələrdə şəxsi məlumatlarınızı yaymayın”, - xəbərdarlıqda qeyd olunub.