Çapa göndər
Masallıda yeni məktəb binası istifadəyə verilib

15 noyabr 2023 - 15:06

Masallıda yeni məktəb binası istifadəyə verilib

Masallı rayonunda modultipli layihə əsasında inşa olunan Sarıcəfərli kənd ümumi orta məktəbi şagirdlərin istifadəsinə verilib.

Məktəbin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Rəhim Rəhimov, Masallı təhsil sektorunun müdiri Qoşqar Hətəmov və sektor əməkdaşları, qazilər və şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri, məktəbin müəllim-şagird kollektivi, valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları tədris ocağında yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, modul tipli layihə əsasında inşa olunmuş Masallı rayonu Sarıcəfərli kənd ümumi orta məktəbinin binası 96 şagird yerlikdir. Məktəbdə 9 sinif otağı ilə yanaşı, kitabxana şagirdlərin istifadəsinə verilib.

Akif AĞAYEV